Fəlakət bölgəsi olan Sabirabadda vəziyyət acınacaqlı olaraq qalır. Hətta AXCP sədri Əli Kərimlinin Sabirabada gedəcəyi xəbəri bütün rayonu qarışdırıb
Azerbaijan servsi/Aran agentliyi
Fəlakət bölgəsi olan Sabirabadda vəziyyət acınacaqlı olaraq qalır. Hətta AXCP sədri Əli Kərimlinin Sabirabada gedəcəyi xəbəri bütün rayonu qarışdırıb.
Bakı mənbələrinin məlumatına görə, Sakinlərin bildirdiklərinə görə, nəinki təşkilat nümayəndələri, hətta sadə vətəndaşlar da etirazlara qoşulub. Etirazlar isə müxtəlif formalarda davam etdirilir.
Etirazçılar hər gün gecə saatlarında rayon mərkəzində yerləşən dövlət binalarına şüarlar da yazırlar. sosial yardımların verildiyi binaya "Rüşvətxorluq binası!", bir neçə divara isə "Ceyhun Osmanlı və işsizlik" şüarları yazılıb
Xatırladaq ki, fevralın 24-də seldən zərərçəkən sakinlər geniş aksiya keçirtmişdilər. Hətta aksiyaçılarla polis arasında ciddi narazılıq yaranmışdı. Buna görə əhali polisi daşa basmışdı. Sel köçkünləri Bakıda da mitinq keçirtmək, Prezident Administrasiyasına yürüş etmək istəyirlər.