“The Wall Street Journal” qəzeti dünya ölkələrini etiraz potensialı baxımından dəyərləndirərək reytinq cədvəli tərtib edib
Azerbaijan servsi/Aran agentliyi
“The Wall Street Journal” qəzeti dünya ölkələrini etiraz potensialı baxımından dəyərləndirərək reytinq cədvəli tərtib edib. Reytinq tərtibatçıları “Transparency İnternational” təşkilatının korrupsiya indeksinə, BMT-nin insan inkişafı indeksinə və sosial təbəqələşmə dərəcəsini qiymətləndirən Cinni indeksinə əsaslanıblar.
“Media forum” saytı xəbər verir ki, Azərbaycan 10 ən narahat ölkə sırasında yer alıb. Narazılıq ovqatının daha çox hiss olunduğu ölkə Keniyadır. Sonrakı yerlərdə Kamerun, Pakistan, Nigeriya, İndoneziya, Filippin, Qvatemala, Mərakeş, İordaniya və Azərbaycan gəlir.
Azərbaycanın qonşusu Rusiya 85 ölkə arasında 40-cı yerdə qərar tutub. Keçmiş SSRİ məkanından Özbəkistan 15-ci, Gürcüstan 18-ci, Türkmənistan 19-cu, Ukrayna 22-ci, Balarus 29-cu, Qazaxıstan 31-ci yerdədir.
Azərbaycanla həmsərhəd ölkələrdən İran siyahıda 27-ci, Türkiyə 36-cıdır.
85 ölkə içində ən sakitləri sonuncu beşlikdə yer alan Almaniya, Danimarka, Kanada, Avstriya və İşveç sayılıb.