Tarix : 2011 Mar 03
Kod 21661

AR Xəzər dənizinin ekologiyasının qorunmasını vurğulayır

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Xəzər dənizinin ətraf mühitinin qorunmasını vurğulayıb
Azerbaijan servsi/Aran agentliyi

İRNA-nın məlumatına əsasən, Türkmənistan paytaxtı Aşqabadda keçirilən "Transxəzər qaz boru kəmərlərinin ekoloji aspektləri" beynəlxalq konfransında çıxış edən Hüseynqulu Bağırov Xəzəryanı ölkələrin bu məntəqənin ətraf mühit məsələləri və standartlarına riayətin olunması ilə əlaqədar öhdəliklərinin zəruriliyini qeyd edib.

Region ölkələrinin iqtisadiyyatının inkişafı və münasibətlərin genişlənəsi üçün Xəzər dənizinin təbii sərvətlərinin əhəmiyyətinə toxunan Bağırov deyib: Bu ölkələr iqtisadi proyektlərin icrası və təbii ehtiyatların çıxarılmasında təsirli mexanizm və meyarlarından istifadə etdikləri zaman Xəzər dənizinin ekosistemini qorumalıdırlar.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri habelə Xəzər dənizi ekologiyasının çirkləndiricilərdən qorunması üçün Bakının strateji və investisiya yatırımı ilə əlaqədar addımlarından xəbər verib.

"Transxəzər qaz boru kəmərlərinin ekoloji aspektləri" Beynəlxalq konfransı 20 xarici ölkə, o cümlədən İran İslam Respublikasının nümayəndələrinin iştirakı ilə və ekologiya problemlərinin aradan qaldırılması yollarının araşdırılması və Xəzər dənizinin ətraf mühitinin qorunması məqsədilə bazar ertəsi günündən Türkmənistandan işə başlayıb.

Ekologiya məsələləri üzrə mütəxəssislər dəfələrlə Xəzər dənizindən neft və qazın ötürülməsi layihələri, o cümlədən Transxəzər layihəsinin icrasına görə nigaranlıq ediblər.

  • Yazılıb
  • da (də) 2011 Mar 03