Tarix : 2011 Mar 03
Kod 21662

Rusiya Qəbələ RLS-i canlandırmaq istəyir

Azərbaycan Respublikasının bəzi xəbər mənbələri Rusiyanın News-info saytına istinadən Qəbələ Radiolokasiya
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikasının bəzi xəbər mənbələri Rusiyanın News-info saytına istinadən Qəbələ Radiolokasiya Stansiyasında yenidənqurma işlərinin aparılması və stansiyanın qabiliyyətinin yüksəldilməsi üzrə qərarından xəbər veriblər.

Azərbaycan Respublikasının bəzi xəbər mənbələri bildiriblər ki, Rusiya Azərbaycan Respublikasında Qəbələ RLS-nin izləmə qabiliyyətini 1,5 dəfə artırmaq niyyətindədir.

Rusiyanın bu addımı elə bir şəraitdədir ki, Qəbələ RLS-nin icazə müddəti 2012-ci ildə sona çatacaq.

Ekologiya məsələləri üzrə mütəxəssislər xəbərdarlıq ediblər ki, bu bazanın raket izləmə qabiliyyətinin artırılması onun ekologiya üçün təhlükələrini də artıracaq.

Qəbələ Radiolokasiya Stansiyasının ətraf mühit təhlükələrinin çoxlu cəhətlərinin aşkarlanması ardınca, ictimai təşkilatlar və bir çox partiya və şəxsiyyətlər bu stansiyanın bağlanmasını istəyiblər.

Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyevin müşaviri Vəfa Quluzadə də ötən il ANS Presslə müsahibədə deyib: Bu RLS-in fəaliyyəti bölgə əhalisi üçün ziyanvericidir. Bu bölgədə son illər ərzində dünyaya gələn körpələr xəstədirlər. Bu baza ətrafında yaşayan sakinlərin çoxu müxtəlif xəstəliklərə tutulublar.

"Bu bazanın fəaliyyəti Azərbaycan Respublikası üçü heç bir mənfəəti yoxdur. Buna görə məsələnin ən gözəl həll yolu onun bağlanması və dağıdılmasıdır" -deyə Quluzadə bildirib.

Azərbaycan Respublikasının Yaşıllar partiyasının sədri Mais Güləliyev də Qəbələ bazasının ekoloji təhlükələrinə toxunaraq onun bağlanmasını lazımi sayıb.

"Qəbələ RLS-dən istifadə üçün Rusiyanın 12 milyon dollarlıq icarəsi bu bazanın geniş ekoloji problemləri ilə müqayisə oluna bilməz" -deyə Güləliyev bildirib.

2007-ci ildə ABŞ və Rusiyanın birgə şəkildə Qəbələ RLS-dən istifadə etməklə bağlı Moskvanın təklifini tənqid edən Güləliyev bildirib: Amerika Çexiya və Polşada Raket Əleyhinə Müdafiə Sistemini yerləşdirməklə Rusiyaya nəzarət ardıncadır və Qəbələ RLS-ə ehtiyacı yoxdur.

Rəsmi Bakı 2002-ci ildə bu bazanın icarəsini Rusiya üçün daha 10 il müddətinə uzatdı. Bu imtiyaza baxmayaraq, Rusiya 2010-cu ildə Ermənistanda 102 saylı hərbi bazada Rusiyanın iştirak müddətinin artırılması ilə əlaqədar müqavilədə Ermənistanın təhlükəsizliyini dəstəkləmək öhdəsini üzərinə götürdü.

Azərbaycan Respublikasının bəzi mətbuatının ifşaçılığına baxmayaraq, Qəbələ RLS-də çalışan zabitlərin 10 nəfərdən çoxu erməni əsillidir və bu bazadan alınan məlumatların Ermənistan və Dağlıq Qarabağ separatçılarına ötürülməsi imkanı mövcuddur.

Sabiq SSRİ dövründə inşa olunan Qəbələ RLS Bakının 180 kilometrliyində yerləşir. Bu stansiya Asiya və Hind okeanının əsas hissəsində qitələr üzrə atılan raketləri izləmək qabiliyyətinə malikdir.

  • Yazılıb
  • da (də) 2011 Mar 03