Tarix : 2011 Mar 03
Kod 21663

Əhmədinejad: Regiondakı xalq hərəkətləri ilahidir

İran İslam Respublikasının prezidenti region ölkələrində xalq hərəkətlərini ilahi və insani sayıb
IIR servsi/Aran agentliyi

İRNA-nın məlumatına əsasən, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejad cümə axşamı günü İranın qərbində Lorestan vilayətinin yerli rəsmiləri ilə görüşdə regionun bəzi ölkələrində hazırda baş verən proseslərə toxunaraq deyib: Regionda xalq hərəkətlərinin xətti ilahi və insanidir.

Bəzi region ölkələrində inqilab qiyamları və hazırkı vəziyyəti mühüm birlik üçün başlanğıc sayan Əhmədinejad bildirib: İran xalqı ən yaxşı xalqlar arasında yer alır.

İİR prezidenti habelə qərbin təyin olunmuş proqramına əsasən hərəkəti bir növ yeni müstəmləkəçilik hesab edib və qeyd edib: İran islam örnəyinə əsasən öz inkişafını davam etdirir.

İranın İslami-İrani örnəyini izlədiyini bəyan edən cənab Əhmədinejad deyib: İran xalqının islamdakı payı digər ölkələrlə fərqlidir. Çünki vilayət təfəkkürü İranda canlıdır.

  • Yazılıb
  • da (də) 2011 Mar 03