Ermənistan servsi/Aran agentliyi
Ermənistanda dövlət binasının qarşısında polislərlə küçə ticarətinin qadağan olunmasına etiraz edən nümayişçilər arasında qarşıdurma baş verib. FaktXeber.com-un tert.am saytına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları və “İrs” fraskiyasının deputatları arasında qarşıdurma iki deputat yaralanıb. Ermənistan polisi nümayişçiləri vəhşicəsinə döyüblər. Əraziyə təcili yardım maşını gəlib. Yaralananlar xəstəxanaya aparılıblar.
Aksiya fəallarından biri isə bölməyə aparılıb. Hadisə yerinə yeni seçilmiş ombudsman Jaren Andreasyan da gəlib. O məsələyə aydınlıq gətirəcəyinə söz verib. Nümayişçilər polis rəsinin istefasını tələb ediblər.
Bundan əlavə bir qrup deputat hökumət binasına girərək baş verən hadisənin səbəbini aydınlaşdırmağa çalışıb. Polis onları birinci mərtəbənin dəhlizindən o yana buraxmayıb və yuxarı qalxmalarına icazə verməyib.