Tarix : 2011 Mar 03
Kod 21665

İran ABŞ-ın insan haqlarını müdafiəsini gülünc adlandırıb

İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ rəsmilərinin sözlərini və onların zahirdə insan haqlarını müdafiə etmələrini gülünc hərəkət adlandırıb
IIR servsi/Aran agentliyi

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bu gün yerli və xarici jurnalistlərin iştirakı ilə keçirilən həftəlik mətbuat konfransında ABŞ dövlət katibi Hillari Klintonun İranda insan haqlarının vəziyyəti ilə bağlı sözlərinə reaksiyada deyib: Təəssüflər olsun ki, ABŞ rəsmilərinin insan haqları məsələsinə ikili yanaşmaları və ondan bir vasitə kimi istifadə etmələri insan haqlarının pozulmasına zəmin yaradan ən mühüm amil hesab olunur.

R.Mehmanpərəst deyib: ABŞ rəsmiləri insan haqları ilə bağlı hamıdan daha çox məsuliyyət daşımalıdırlar. Və Amerikada yaşayan milli və dini azlıqların hüquqları, Amerikada məhbuslar ilə rəftarlar və onların Əbu Qurəyb, Quantanamo və digər zindanlardakı rəftarlara görə məsuliyyət daşımalıdırlar.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü amerikalıların Liviya diktatoru Müəmmər Qəzzafi rejiminə qarşı hərbi müdaxilə seçimini araşdırmaqda olmlaları haqdakı xəbərlərə də münasibət bildirib.

"Xalq yanında bazaya malik olmayan hakimlər yaxşı olar ki, səhnəni daha məntiqli şəkildə tərk etsinlər və ölkələrinin dağılmasına, xalqlarının qırğın edilməsinə icazə verməsinlər"-deyə Mehmanpərəst deyib.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş katibi Yokio Amanonun İranın nüvə fəaliyyətləri ilə bağlı son hesabatı haqda da deyib: Bu hesabatda məsələlər NPT protokolu və BMT TŞ-nin qətnamələri əsasında bölünüb. Bəlkə də bu məsələ AEBA-nın öz qanuni və hüquqi yoluna geri dönməsi üçün bir müqəddimədir.

  • Yazılıb
  • da (də) 2011 Mar 03