Nardaran, Sabirabad və Saatlıdan sonra Azərbaycan Respublikasında məişət vəziyyətinə etirazlar Tovuz rayonuna çatıb
Azerbaijan servsi/Aran agentliyi
TURAN-ın məlumatına əsasən, Tovuz rayonunun 100-ə yaxın sakini ünvanlı sosial yardım ödənilməsi tələbi ilə şəhərin mərkəzində Həzi Aslanov küçəsində yolu kəsiblər.
Toplaşanlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli şöbəsinin əməkdaşları tərəfindən aldadıldıqlarını bildiriblər. Belə ki, yarım il əvvəl onlara ilk 6 aylıq ödənişin Nazirliyin yerli şöbəsinin əməkdaşlarının alacağı şərti ilə ünvanlı sosial yardım ödəməyi təklif ediblər. İndi ikinci yarımil üçün pul ödəməyin vaxtı çatanda yerli məmurlar vətəndaşların daha bir aylıq vəsaitini mənimsəmək istəyirlər.
Ötən cümə günü Sabirabad və Saatlı rayonunun bir neçə kəndinin sakinləri məişət vəziyyətinin münasib olmamasına etiraz əlaməti olaraq aksiya keçiriblər. bu aksiya polisin hücumuna məruz qalıb. Lakin bu məsələdən az sonra Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin 1-ci müavini bu rayonlara səfər etməklə sakinlərin məişət məsələlərinin həlli üçün vəd verib.