Tarix : 2011 Mar 05
Kod 21694

Ayətullah Xatəmi Amerika və Avropa Birliyinə xəbərdarlıq etdi

Liviyanın inqilabçı xalqı özlərinin bütün gücləri ilə Qərbin Liviyaya qarşı hərbi müdaxiləsi qarşısında dayanacaqdır
IIR servisi/Aran agentliyi

Tehranın Cümə Namazı xitabətçisi Amerika və Avropa Birliyinə xitabən belə xəbərdarlıq edib:" Liviyanın inqilabçı xalqı özlərinin bütün gücləri ilə Qərbin Liviyaya qarşı hərbi müdaxiləsi qarşısında dayanacaqdır.

Ayətullah Əhməd Xatəmi bu gün Tehranın Cümə Namazı xütbələrində Liviyadakı xalq qiyamını himayə bəhanəsi ilə Qərbin Liviyaya qarşı hərbi müdaxilə ehtimalına işarə edərək deyib: Qərbin liberal demokratiya nəzdində insanlığın heç bir dəyəri yoxdur, çünki qərblilər Liviya inqilabçılarının neft quyularına yiyələndikləri zaman Liviya diktatoruna qarşı mövqe tutdular.

Xatəminin sözlərinə görə, Amerika qüvvələrinin bu regiondakı hərbi iştirakı onlar üçün başqa bir bataqlığa daxil olması mənasındadır.

Ayətullah Xatəmi regionun müsəlman xalqının əzəmətli qiyamının müraciətinin İslama qarşı hərəkətlər habelə diktatura və hegemonçuluq quruluşuna asılılıqla mübarizə olduğunu da bildirib.

"Hazırda diktatorların məhv olması dövrüdür" -deyə Tehranın Cümə Namazı xitabəçisi qeyd edib.

Ayətullah Xatəmi Allahu-Əkbər şüarı habelə Cümə Namazının bərpası ilə önə doğru hərəkət edən Tunis, Misir, Liviya , Bəhreyn və Yəməndəki ardıcıl xalq hərəkatlarını tam şəkildə misilsiz hərəkətlər adlandırıb və deyib: Bu qiyamın mütləq "İslami Oyanış"da kökü var.

Tehranın Cümə Namazı xətibi həmçinin beynəlxalq hegemonçuluğun İranda əks-inqilabçıları səhnəyə daxil etmək və İranda baş vermiş iğtişaşların region ölkələrindəki xalq etirazları ilə guya oxşarlığını təlqin etməyə çalışmasına işarə edərək deyib:" Hegemonçuluğun bütün cəhdi budur ki, İranın İslam İnqilabı nümunəsini regionun müsəlman xalqları nəzdində guya qarışıq göstərməyə çalışsın. Halbuki İslami İran region ölkələrinin ən əmin-amanlısı, ən qüdrətlisi və ən sakin ölkəsidir".

Tehranın Cümə Namazı xətibi İran İslam Respublikasını xalq quruluşu adlandırıb ki, keçən üç onillikdə xalqın istəyi və səsi habelə davamlı seçkilərlə yerləşib və daim diktatorlar qarşısında dayanıbdır.

Ayətullah Xatəmi sonra belə vurğulayıb:" Beynəlxalq hegemonçuluq regionda baş verən inqilabların İranın İslam İnqilabının davamı olmasını bilməlidir".

  • Yazılıb
  • da (də) 2011 Mar 05