Tarix : 2011 Mar 05
Kod 21697

Astara Gömrük Məntəqəsindəki qeyri-münasib şərait narazılıq doğurrub

Astara Gömrük Məntəqəsinə hakim kəsilmiş qeyri-münasib şərait nəticəsində bir Azərbaycan vətəndaşının həyatını itirməsi insanlar arasında narazılığa səbəb olub
Azərbaycan servisi/Aran agentliyi

Astara Gömrük Məntəqəsinə hakim kəsilmiş qeyri-münasib şərait nəticəsində bir Azərbaycan vətəndaşının həyatını itirməsi insanlar arasında narazılığa səbəb olub.
Bakıdakı müxbirimizin yerli mənbələrə istinadla verdiyi məlumata görə, Astara Gömük Məntəqəsinin qeyri-münasib şəraitə malik olması, Azərbacyan Respublikası gömrük məmurlarının Azərbaycan Respublikası vətəndaşlarının İrana səfərinə mane olmaq və bu səfərlərin sayını azaltmaq məqsədi ilə insanlarla pis rəftar etmələri bir Azərbaycan vətəndaşının həyatını itirməsi ilə nəticələnib.
İran İslam Respublikasının birtərəfli şəkildə viza rejimini ləğv etməsinin ardınca hər gün 3000-dən çox Azərbaycan vətəndaşı səyahət, ticarət, ziyarət və müalicə məqsədi ilə İrana səfər edir.
İrana səfər edən Azərbaycan vətəndaşlarının sayının çox olmasına baxmayaraq, Astara Gömrük məmurları dəmir barmaqlıqlardan standartlara uyğun olmayan dar dəhliz düzəldərək, İrana səfər etmək istəyənləri uzun müddət üçün orada saxlayır, onlardan rüşvət alır, hörmətsizlik edir və yüklərini əllərindən alırlar. Onlar bu yolla Azərbayan vətəndaşlarının İrana səfər etmələrinin qarşısını almağa çalışırlar.
Astara Gömrük Məntəqəsi məmurlarının bu rəftarı indiyə kimi Azərbacyan vətəndaşları üçün bir çox problemlərin yaranmasına səbəb olub. Son olaraq isə bu rəftarlar bir nəfərin həyatını itirməsi ilə nəticələnib.
Zəhra İsmayılovanın vəfat etməsinin ardınca yaranan narazılıqları azaltmaq üçün gömrük işçiləri onun xəstə olduğunu iddia ediblər. Amma, onun həyat yoldaşı bu iddianı rədd edib.
Bakıdakı müxbirimiz həmçinin bildirib ki, Azərbaycan Respublikasının öz vətəndaşlarının İrana səfər etmələrinin qarşısını almağa çalışmasının səbəbi Azərbaycanda bəzi dairələrin davamlı olaraq İran haqda söylədikləri yalanın aşkar olmasından qorxmalarıdır.
İranın geridə qalmış bir ölkə olması və böhranla üzləşməsi haqda hər gün yalan xəbərlər eşidən Azərbaycan vətəndaşları İrana gəldikləri zamanı səbat və inkişafın şahidi olurlar. Bu da Bakı medialarının riyakar simalarını ifşa etmiş olur.
Bundan öncə də bir qrup İran və Azərbaycan vətəndaşı Səhər kanalının müxbiri ilə müsahibədə Astara Gömrük Məntəqəsində mövcud problemlərlər bağlı öz narazılıqlarını bildirmişdi.
Astara Gömrük Məntəqəsi İran və Azərbaycan arasında ən mühüm sərhəd keçid məntəqəsi sayılır.
2010-cu ildə İranın birtərəfli şəkildə Azərbaycan vətəndaşları üçün viza rejimini ləğv etməsinin ardınca hər gün 3000 minə yaxın adam bu gömrük məntəqəsindən keçir.
Bundan öncə Bakı mediaları ifşa etmişdilər ki, Astara Gömrük Məntəqəsində fəaliyyət göstərən korrupsiya mafiası Azərbaycan Parlamentinin üzvü Cavanşir Paşazadə tərəfindən idarə olunur.

  • Yazılıb
  • da (də) 2011 Mar 05