Tarix : 2011 Mar 05
Kod 21698

Ordu qvvələri Bakıya gətirilir

Azərbaycan Respublikasında hökumət dairələrinin region ölkələrində baş qaldıran xalq etirazlarının ölkəyə sirayət etməsi ilə bağlı nigaranlıqlarının ardınca Bakıya əlavə olaraq hərbi qüvvə gətirilir
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Respublikasında hökumət dairələrinin region ölkələrində baş qaldıran xalq etirazlarının ölkəyə sirayət etməsi ilə bağlı nigaranlıqlarının ardınca Bakıya əlavə olaraq hərbi qüvvə gətirilir.
Hökumət dairələrinin ölkədə xalq etirazlarının baş qaldırması ehtimalından nigaran olmasının ardınca Bakıya əlavə hərbi qüvvələrin gətirildiyi bildirilir. Belə ki, cümə axşamı 20 Yanvar meydanı tərəfindən Bakıda yerləşən hərbi hissələrdən birinə tərəf 20-yə yaxın zirehli maşının hərəkət etdiyi bildirilir. Məlumatı Bakıdakı müxbirimiz yerli mənbələrə istinadla verib.
Həmçinin paytaxtın giriş nöqtələrindən biri olan Xoca Həsəndə ordu qüvvələri və polis əməkdaşlarının yerləşdirildiyi bildirilir.
Bu təhlükəsizlik tədbirləri müxalifətin martın 11-i və 12-də paytaxtda etiraz aksiyaları keçirmək istədiyini elan etməsinin ardınca həyata keçirilməyə başlayıb.
Həmçinin "Facebook"da Azərbaycan vətəndaşları "11 Mart: böyük xalq günü" adlı səhifə yaradıblar.
Noyabr ayında keçirilən parlament seçkilərinin nəticəsinə etiraz olaraq bir neçə müxalif partiya və siyasi qurum tərəfindən yaradılmış Azərbaycan Xalq Parlamenti də son iclasında hökumətə qarşı etiraz aksiyalarının təşkilini himayə etdi.
Azərbaycan Xalq Parlamenti öz iclasında həmçinin bütün sahələrdə əsaslı islahatların aparılmasını, vaxtından əvvəl seçkilərin keçirilməsini, nazirlər kabinetinin bütün üzvlərinin tutduqları vəzifələrdən kənarlaşdırılmasını, hökumət rəsmilərinin mal varlıqlarının mənbəyinin araşdırılmasını, dini etiqad azadlığının təmin olunmasını və bu sahədəkəi qadağaların ləğv edilməsini, bütün siyasi məhbusların sərbəst buraxılmasını, milli sərvətin bərabər və ədalətli şəkildə paylanılmasın və digər əsas azadlıqların təmin edilməsini tələb edib.
Azərbaycan Respublikası rəsmiləri ötən həftələr ərzində dəfələrlə xalq etirazlarının tüğyan etdiyi ərəb ölkələri xalqlarının problemləri ilə Azərbaycan xalqının problemləri arasındakı oxşarlıqları rədd etməyə çalışıblar. Eyni zamanda ərəb ölkələrində diktator rejimlərinə qarşı xalq etirazlarını himayə də etməyiblər. Hətta, xalqın tələblərinə rəğmən indiyə kimi Misir xalqı tərəfindən devrilmiş diktator Hüsnü Mübarəkin Bakıdakı heykəlini belə götürməkdən çəkinib.
Buna baxmayaraq ABŞ və Qərb ölkələrinin bəzi KİV-ləri, o cümlədən Vaşinqton Post və Nyusvik qəzetləri və Bloomberg xəbər agentliyi Azərbaycan Respublikasında xalq etirazlarının baş qaldırması ehtimalından xəbər veriblər.
Amerikada çıxan Wall Street Journal qəzeti isə Azərbaycan Respublikasının adını xalq etirazlarının baş qaldırması ehtimalı yüksək olan 10 ölkə arasında qeyd edib.
Bu arada Azərbaycan Respublikasında bəzi telekanallar, o cümlədən Lidier telekanalı cümə axşamı iddia ediblər ki, müxalifətin etiraz aksiyası təşkil etmək üzrə səyləri iğtişaşların törədilməsi məqsədini daşıyır.
Azərbaycan Respublikası prezidenti İlham Əilyev də çərşənbə günü son bir ayda ikinci dəfə olaraq korrupsiya ilə ciddi mübarizənin aparılmasını zəruri adlandırıb. Həmçinin bu müddət ərzində bir qrup aşağı səviyyəli dövlət məmuru korrupsiya və rüşvətxorluqda ittiham edilərək, vəzifəsindən kənarlaşdırlıb.
Son aylar ərzində Azərbaycan Respublikasında dini məhdudiyyətlərin genişləndirilməsi, orta məktəblərdə hicabdan istifadənin qadağan edilməsi, islamçıların saxta ittihamlar əsasında həbs edilməsi, sionist İsrail rejiminin Azərbaycan Respublikasındakı iştirakının davamı, sosial probelmələrin həll edilməməsi, ictimai və məişət problemlərinin artması, sərvətin ədalətli şəkildə bölüşdürülməməsi ölkə səviyyəsində xüsusilə Bakı, Gəncə, Lənkərən, Sabirabad, Saatlı və Tovuzda ictimai narazılıqların artmasına və etiraz aksiyalarının keçirilməsinə səbəb olub.

  • Yazılıb
  • da (də) 2011 Mar 05