Tarix : 2011 Mar 05
Kod 21699

Böyük Rəhbər: İranın Təhlükəsizlik Nazirliyi inqilaba böyük xidmətlər edib

Təhlükəsizlik Nazirliyi imanlı, sadiq, mütəxəssis, ürək yandıran və inqilabçı qüvvələrin köməyi ilə inqilaba böyük xidmətlər edib
IIR servisi/Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri İran İslam Respublikasının Təhlükəsizlik Nazirliyinə baxış keçirdiyi zaman vurğulayıblar: Təhlükəsizlik Nazirliyi imanlı, sadiq, mütəxəssis, ürək yandıran və inqilabçı qüvvələrin köməyi ilə inqilaba böyük xidmətlər edib.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei cümə axşamı günü İranın Təhükəsizlik Nazirliyinə baxış keçirdikləri zaman müxtəlif fəaliyyət və nailiyyətlərlə əlaqədar sərgidə olmaqla yanaşı Təhlükəsizlik Nazirliyinin qüvvələrinin sədaqətlə və xalisliklə göstərdikləri səylərə görə onları alqışlayıb və bu nazirliyi İslam İnqilabından yaranmış bir neçə orqandan biri adlandırıblar.

İslam İnqilabının Böyük Rəhbəri habelə Təhlükəsizlik Nazirliyində həmrəyliyin qorunması, məsələlərin cinah və qrupdan kənar baxılmasının zəruriliyi, düşmənin nüfuzu, eybli düşüncə və siyasi cərəyanlar qarşısında diqqəti və həssaslığı və təcrübəli qüvvələrdən istifadəni vurğulayıblar.

Həzrət Ayətullahülüzma Xamenei vurğulayıblar: İran İslam Respublikasının təhlükəsizlik aparatının gözə çarpacaq imtiyazlarından biri onun yerli olması və dünyada heç bir təhlükəsizlik toplusundan örnək götürməməsidir.

Habelə regiondakı hazırkı günü-gündən artan islami oyanışı fövqəladə böyük hadisə adlandıran Böyük Rəhbər deyiblər: Regiondakı hazırkı proseslər dünyanın gələcəyində təsirli olacaq. Buna görə bu prosesləri aktiv şəkildə göz qoymaq və onun müxtəlif cəhətlərini dəqiq araşdırmaq lazımdır.

Həzrət Ayətullahülüzmü Xamenei regionda hazırkı islami oyanışı İranın İslam İnqilabından ilham aldığını və İran xalqının müqavimətinin nəticəsi sayıblar və qeyd ediblər: İmperializm cəbhəsi və onun başında ABŞ çox yaxşı bilir ki, bu ictimai hərəkətlərin örnəyi İranın İslam İnqilabıdır və buna görə də bu örnəyi uğursuz və məğlub olmuş cilvələndirmək üçün çalışırlar. Lakin 22 bəhmən yürüşlərində xalqın milyonluq iştirakı qarşısında çarəsiz qaldılar.

  • Yazılıb
  • da (də) 2011 Mar 05