Tarix : 2011 Mar 05
Kod 21702

NATO ƏSGƏRİ MİNAYA DÜŞÜB

2011-ci ildə ölən əsgərlərinin sayı da 70-ə çatıb
Beynalxalq servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Əfqanıstanda işğalçı NATO qoşunları ilə Taliban döyüşçüləri arasında silahlı qarşıdurmalar davam edir. Bu gün NATO komandalığından verilən məlumatda, daha bir əsəgrin minaya düşərək öldüyü açıqlanıb. Məlumatda, ölən əsgərin milliyyəti və hadisənin detalları barədə heç nə deyilməyib.

Qeyd edək ki, öldürülən son əsgərlə Əfqanıstanda mart ayı ərzində ölən NATO əsgərlərinin sayı 3-ə yüksələrkən, 2011-ci ildə ölən əsgərlərinin sayı da 70-ə çatıb.

  • Yazılıb
  • da (də) 2011 Mar 05