Beynalxalq servisi/Aran agentliyi
FaktXeber.com-un Küveytin "Ər-rəy" qəzetinə istinadən verdiyi məlumata görə, İsrail ordusunun xüsusi təyinatlıları Liviyaya daxil olub. Qəzzafi rejiminin devrilməsinin qarşısını almaq üçün ölkəyə gələn hərbçilər, nümayişçilərə qarşı əməliyyatlarda iştirak edəcək. İsrailli hərbçilərin Liviyaya Sert şəhərindəki hava limanı vasitəsilə gəldiyi bildirilir.
Qeyd edək ki, ölkəyə gətirilən xüsusi təyinatlılar, nümayişlərin dağıdılması üzrə peşəkar hərbçilərdən ibarətdir. İsrail əsgərləri Liviyaya ən son texnologiyaya malik avadanlıqlar gəliblər.
Məlumat üçün bildirək ki, Livanın "Əl-Əxbar" qəzeti, Müəmmar Qəzzafinin oğlu Seyfulislam Qəzzafinin, bir neçə gün budan öncə gizli şəkildə İsrailə getməsi barədə məlumat yayıb. Qəzetin məlumatına görə, Qəzzafinin oğlu sionist rejimdən hakimiyyətdə qalmaları üçün yardım istəyib.