Tarix : 2011 Mar 05
Kod 21704

BAKIDA MASKALI ŞƏXSLƏR MAĞAZAYA BASQIN EDİB

İnsident nəticəsində bir nəfər yaralanıb
Azərbaycan servisi/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Binqədi rayonunda mağazaya silahlı basqın olub. Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə gecə saat 01.20 radələrində, Novxanı bağlar massivində qeydə alınıb.

İki maska taxan naməlum şəxs orada "Murad" marketə girərək Sumqayıt şəhər sakini, 33 yaşlı Emin Babaş oğlu Turabova pnevmatik silahdan atəş açıb. Nəticədə dükan işlədən sahibkar sol qolundan yüngül yaralanıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi əməliyyat qrupu yaradılıb. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. \ans\

Basqınçılar mağazadan heçnə aparmayıblar.

  • Yazılıb
  • da (də) 2011 Mar 05