Tarix : 2011 Mar 05
Kod 21713

Əhmədinejad: Xalqların birliyi dünyada yeni siyasi quruluşun yaradılmasında təsirlidir

Hegemon quruluşun digər ölkələrin izzəti, inkişafı və müstəqilliyi ilə müxalif olduğu şəraitdə azad və müstəqil ölkələrin bir-birilərini himayə etmələri həqiqətən böyük nemətdir
IIR servsi/Aran agentliyi

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad xalqların birliyi və qardaşlığını dünya imperializmi qarşısında mübarizədə və dünyada yeni siyasi quruluşun yaradılmasında mühüm və konstruktiv adlandırıb.

İRNA-nın məlumatına görə Mahmud Əhmədinejad cümə axşamı Tehranda Boliviya parlamentinin sədri və onu müşayiət edən nümayəndə heyəti ilə görüşdə deyib: Hegemon quruluşun digər ölkələrin izzəti, inkişafı və müstəqilliyi ilə müxalif olduğu şəraitdə azad və müstəqil ölkələrin bir-birilərini himayə etmələri həqiqətən böyük nemətdir.

M.Əhmədinejad əlavə edib: Mən inanıram ki, İran və Boliviya və dünyanın bütün azad ölkələri bir cəbhədə yer alırlar və bir-birilərinin qardaşlarıdırlar və gələcək bizə və dünyanın azad xalqlarına məxsusdur.

  • Yazılıb
  • da (də) 2011 Mar 05