Tarix : 2011 Mar 05
Kod 21714

“Kapitalizm düşüncəsi dünyanın ekologiyasının məhv olma səbəbidir”

İran İslam Respublikasının prezidenti kapitalizm düşüncəsi və meyarın olmamasını dünyanın ekologiyasının məhv olma səbəblərindən sayıb
IIR servsi/Aran agentliyi

İran İslam Respublikasının prezidenti kapitalizm düşüncəsi və meyarın olmamasını dünyanın ekologiyasının məhv olma səbəblərindən sayıb.

Müxbirimizin məlumatına görə, İİR prezidenti Mahmud Əhmədinejad şənbə günü Tehranda keçirilən "Gələcək üçün Laqunlar" beynəlxalq konfransda deyib: Məlumatsızlıq, müəyyən meyar və qaydaların olmaması və kapitalizm düşüncəsi dünyanın ətraf mühitinin çirklənməsi və məhv olmasının əsas səbəblərindəndir.

Mahmud Əhmədinejad kapitalizmin mənfəət arxasınca olan düşüncəsinin yerinə islami düşüncənin gəlməsi üçün birgə iradənin səfərbər olunmasını bəyan edərək deyib: Bu məsələnin reallaşması üçün BMT-də qanunvericilik islah olunmalıdır.
"Ekologiyanın qorunması məqsədilə təbiətə hörmət üçün ümumi təhsil proqramı bütün ölkələrin təhsil səviyyəsində bütün dərsliklərində yerləşdirilməlidir" -deyə İran prezidenti söyləyib.

Cənab prezidentin sözlərinə görə, BMT və ona bağlı qurumlar dünyanın hazırkı ekologiya şəraitinin islahı fikrində olmalıdırlar. Çünki ekologiya ilə əlaqədar bütün amillər insan həyatının inkişaf mənbəyidir. Belə ki, bəşər ali həyatı istiqamətində yolu rahatlıqla keçə bilsin.

"Gələcək üçün laqunlar" Beynəlxalq konfransı dünyanın 50 ölkəsindən nümayəndələrin iştirakı ilə şənbə günü Tehran və İranın şimalı Ramsərdə fəaliyyətə başlayıb.

Bu konfrans 2 gün davam edəcək.

  • Yazılıb
  • da (də) 2011 Mar 05