Tarix : 2011 Mar 05
Kod 21715

İslam təlimləri regionda müsəlmanların izzəti və xilas amilidir

Ərbakan Türkiyədə islami oyanış və hərəkətin banisi idi və xalq bu səyə görə onu əzəmətli şəkildə son mənzilə yola saldı
IIR servsi/Aran agentliyi

Ərdəbil,(Səhər TV)-Regionda islami qiyamlara işarə edən Ərdəbil vilayəti üzrə Vəliyyi Fəqihin nümayəndəsi və imam cüməsi deyib: İslamın xilasedici təlimləri Yaxın Şərqdə müsəlmanların xilas və izzət amilidir.

Höccətülislam Seyid Həsən Amili Türkiyənin mərhum baş naziri Nəcməddin Ərbakanın dəfn mərasimində 1,5 milyon türkiyəlinin iştirakına toxunaraq deyib: Ərbakan Türkiyədə islami oyanış və hərəkətin banisi idi və xalq bu səyə görə onu əzəmətli şəkildə son mənzilə yola saldı.

"Əvvəllər çevrilişlə onu iqtidardan getməyə məcbur edən həmin generallar onun dəfn mərasimində islam və xalqa xidmət edən bir şəxsin aqibətinin xeyirli olduğunu və əzəmətini gördülər" -deyə Ərdəbilin imam cüməsi bildirib.

Höccətülislam Seyid Həsən Amili əlavə edib: Türkiyədə islam partiyasının banisi və sədri belə bir şəkildə son mənzilə yola salındığı bir halda təəssüfləndiricidir ki, qonşu ölkələrdən biri Azərbaycan Respublikasında İslam partiyasının rəhbərləri həbs olunur və həbsxanalara göndərilir.

"Bu izzət və əzəməti Ərbakana islam vermişdi və hamı Ərbakan kimi şəxslərin gözəl taleyi və Mübarək və Ben Əli kimi anti-din diktatorların qara taleyindən ibrət almalıdır" -deyə Seyid Həsən Amili bildirib.

Ərdəbilin imam cüməsi deyib: Türkiyə bir zaman qərb və sionizmin qulağında halqa olan əsiri idi. Lakin bu ölkə islamçılarının səyi və əzmi nəticəsində qərbdən uzaqlaşdı və İrana yaxınlaşdı. Hazırda Türkiyə və dünya xalqları türklərin izzəti və başıucalığı və onların regiondakı yeri və təsirinin şahididirlər.

Vəliyyi Fəqihin Ərdəbil vilayəti üzrə nümayəndəsi söyləyib: Regionun müsəlman xalqlarının müqəddəs torpaqları kimi Fələstinin sionistlər tərəfindən təhqir olunması, region diktatorlarının nökərliyi və bu məsələ ilə razılaşmaları onların səbir kasasını daşdırıb. Nəhayət müsəlmanlar ayağa qalxmış Misir və Tunisdə sionizm nökərlərinin süfrəsini yığışdırıblar.

"Hər kim və hər bir quruluş islam dini qarşısında durarsa, sonda məğlubiyyət və devrilişə məhkumdur. İslamın müxalif və ABŞ və sionizmdən asılı hakimləri zəlil olmaq və süqut növbəsindədirlər" -deyə Ərdəbilin imam cüməsi qeyd edib.

  • Yazılıb
  • da (də) 2011 Mar 05