Tarix : 2011 Mar 05
Kod 21716

İran ordusunun dəniz qüvvələri sionist rejim qüvvələri ilə qətiyyətli davranır

Bu qrup öz vəzifəsini həyata keçirdiyi zaman sionist rejimi qüvvələri dənizdə İranın qüvvələrindən istəyiblər ki, özlərini tanıtdırsınlar
IIR servsi/Aran agentliyi

İran İslam Respublikası ordusunun dəniz qüvvələri komandanı bu qüvvənin Aralıq dənizinə ezam olunmuş qrupunun sionist rejim qüvvələri ilə iqtidarlı davrandığından xəbər verib.

İran ordusunun dəniz qüvvələri komandanı admiral Həbibulla Səyyari bu gün Tehranda keçirdiyi mətbuat konfransında bu qüvvənin Aralıq dənizinə ezam olunmuş nailiyyətlərini açıqlayıb: Bu qrup öz vəzifəsini həyata keçirdiyi zaman sionist rejimi qüvvələri dənizdə İranın qüvvələrindən istəyiblər ki, özlərini tanıtdırsınlar. Lakin sionistlər İran ordusunun dəniz qüvvələri qrupunun iqtidarlı reaksiyası ilə üzləşiblər.

Admiral Səyyari habelə İran İslam Respublikası ordusunun dəniz qüvvələrinin Aralıq dənizinə ezam olunmuş qrupunun vəzifəsi barəsində açıqlama verib: Region ölkələrinə dostluq müraciətini çatdırmaq və digər ölkələrlə əlaqələrin genişləndirilməsi bu qrupun əsas vəzifəsidir.

İran ordusunun dəniz qüvvələri komandanı deyib: Ezam olunmuş qrupun vəzifəsi regiona münasib təsir qoyub və İİR-nin inkişafının göstəricisidir.

Admiral xatırladıb ki, gəmi qrupunun Aralıq dənizinə uğurlu şəkildə ezam olunması bir daha İran xalqına qarşı birtərəfli sanksiyaların təsirsiz olduğunu göstərdi və İİR-nin müqəddəs quruluşunun iqtidarını region və dünya ölkələrinə nümayiş etdirdi.

"Bu gəmi qrupunun Aralıq dənizinə ezam olunması ilə İran sübut etdi ki, mənafeyi olduğu yeri müdafiə etməyə hazırdır" -deyə dəniz qüvvələri komandanı bildirib.

İranlı admiral dəniz qüvvələrinin qabiliyyətləri barəsində bildirib ki, İran sualtı qabiliyyətlər barəsində regionda birinci yeri tutur.

Dəniz qüvvələrinin dəniz-dəniz, dəniz-hava, sahil-dəniz raketlərinin hazırlanmasında özünü təmin etmə səviyyəsinə çatdığını bəyan edən İran ordusunun dəniz qüvvələri komandanı deyib: Bu gün İranın raketqayırma sənayesi diqqəti cəlb edəcək inkişafa və güc, sürət və diqqət cəhət kimi keyfiyyət baxımından yüksək qabiliyyətə malikdir.

  • Yazılıb
  • da (də) 2011 Mar 05