Azerbaijan servsi/Aran agentliyi
Bu gün Rusiyanın Soçi şəhərində Azərbaycan Respublikası, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan arasında üçtərəfli görüş olub.
APA-nın RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, görüş dağ xizək kurortu olan "Krasnaya Polyana"da keçirilib.
Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilən görüşdə prezidentlər Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri də müzakirə edirləb.
Görüşə ATƏT-in Minsk Qrupu həmsədrlərinin də qatılıblar.
Rəsmi şəraitdə başlayan görüş daha sonra qeyri-formal atmosferdə, qalstuksuz davam etdirilib. Prezidentlərin nahar masası ətrafında da müzakirələri davam etdirmələri bildirilib.
Keçən il Yanvar ayında Söçidə "Krasnaya Polyana" dağ xizək kurortunda görüşdən sonra da xizək sürmə əyləncəsi təşkil olunmuşdur.
RİA Novostinin xəbərinə görə, prezidentlər İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev rəsmi danışıqlardan sonra İlk öncə «Krasnaya Polyana» qış kurortunda kafedə çay içiblər. Sonra prezidentlər funikulyorla dağa qalxıblar və buradan İlham Əliyev və Dmitri Medvedyev bir neçə dəfə xizəklə aşağı eniblər. Ermənistan prezidenti isə qar üstü ilə yeriyən maşında gəzinti ilə kifayətlənib.
Daha sonra dövlət başçıları birlikdə nahar ediblər və bir sıra aktual məsələləri müzakirə ediblər.
Qeyd edək ki, bu, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə üçtərəfli formatda təşkil olunan 8-ci görüşdür və Rusiya prezidentinin təşəbbüsü ilə keçirilib.