Tarix : 2011 Mar 05
Kod 21718

Azərbaycan Respublikası, Ermənistan və Rusiya prezidentləri görüşdü

İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev 2010-cu ildə də Rusiyada 3 dəfə görüşdülər ki, bu görüşlər bir nəticə verməyib
Azerbaijan servsi/Aran agentliyi

Azərbaycan Respublikası, Ermənistan və Rusiya prezidentləri bu gün şənbə günü Rusiyanın Soçi şəhərində Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barəsində danışıqlar aparırlar.

Bakıdakı müxbirimizin yerli mənbələrə istinadən verdiyi məlumata əsasən, İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedyev 2010-cu ildə də Rusiyada 3 dəfə görüşdülər ki, bu görüşlər bir nəticə verməyib.

Soçi görüşü ərəfəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Xələf Xələfov deyib: Minsk qrupu çərçivəsində müzakirələrin praktiki nəticəsi olmayıb.

"Minsk qrupu Azərbaycan Respublikasının müstəqilliyindən bir neçə ay sonra Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının çərçivəsində təsis olundu. BMT-nin Təhlükəsizlik Şurasının əksinə olaraq ATƏT-in qərarları anlaşma yolu ilədir və zəruri deyil. Bu məsələ də Ermənistana münaqişənin həlli müzakirələrində dondurma yaratmaq imkanı verir. Belə ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi etinasız qalmışdır" -deyə Xələf Xələfov bildirib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi Təhlillər və İnformasiya şöbəsinin sədri Elnur Aslanov ötən gün jurnalistlərlə müsahibədə 2010-cu ildə baş tutmuş uç nəticəsiz görüşə toxunmadan deyib: Azərbaycan Respublikası, Ermənistan və Rusiya prezidentləri arasında şənbə günü Soçi şəhərində baş tutacaq üçtərəfli görüşdə Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkəcəyini gözləyirik.

Dağlıq Qarabağ münaqişəsinin başlanmasından 23 il ötür və indiyə qədər Minsk qrupunun həmsədrləri kimi Rusiya, Fransa və ABŞ-ın vasitəçiliyi ilə onlarla müzakirə dövrələri keçirilib. Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandru Lukaş yalnız ümid edib ki, Soçi şəhərində Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi üçün qəbul olunacaq həll yolu istiqamətində zəruri addımlar tapılacaq.

Azərbaycan Respublikası Yaşıllar partiyasının sədri Mais Güləliyev də Bakıdakı müxbirimizlə müsahibədə bildirib ki, Minsk qrupu həmsədrləri münaqişənin həlli ardınca deyillər və münaqişənin həllini öz mənafeləri çərçivəsində hesab etmirlər. Onlar təkcə öz mənafeləri ardıncadırlar.

  • Yazılıb
  • da (də) 2011 Mar 05