Azərbaycandakı nüfuzlu ruhani və sadə dindarlar, hicab probleminin həll olunması üçün aktiv fəaliyyətə keçib
Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, ötən ilin noyabr ayından etibarən ölkədə orta məktəblərdə hicabın qadağan olunması və onun gündəmdə tutduğu mövqe, yerini heç nəyə vermir. Bu gündəmə qadağadan bir ay sonra Azərbaycanın nüfuzlu ruhanilərindən bir neçəsinin həbsi də mövzunun aktuallığını bir qədər də artırır. Ölkəmizin inanclı vətəndaşlarına qarşı qoyulan qadağadan 3 ay keçməsinə baxmayaraq, məktəbli qızların hələ də təhsil ocaqlarında hicabdan istifadəsinə icazə verilmir.
Qeyd edək ki, Azərbaycanda İslamofobiya və hicaba qoyulan qadağanın davam etməsi, həm ölkə vətəndaşlarının, həm ictimaiyyət nümayəndələrinin, həm də nüfuzlu ruhanilərin narazılığına səbə olub. Ölkəmizdə hicablı şagirdlərin orta məktəbə getməsinə qoyulan qadağadan sonra, Azərbaycanda və bir neçə qonşu ölkəmizdə qadağaya etiraz əlaməti olaraq aksiya keçirilib. Hətta Avropanın bir çox şəhərlərində imam-cümələr və insan haqqları təşkilatları ölkə rəhbərliyindən bu qadağanın dayandırılmasını tələb edib.
Redaksiyamıza daxil olan məlumata görə, artıq ölkəmizdəki nüfuzlu ruhani və sadə dindarlar, hicab probleminin həll olunması üçün aktiv fəaliyyətə keçib. Mart ayının əvvəlindən etibarən ruhanilər birgə toplantı keçirərək, bu qadağanın aradan qaldırılması üçün dua məclisləri və tədbirləri keçirməyi qərar alıblar. Məlumata görə, Bakının Binə, Nardaran, Maştağa və Bilgəh qəsəbəsinin möminləri hicab qadağasının aradan qaldırılması və həbs olunan ruhanilərin azadlığı çıxması üçün, birgə dua mərasimləri keçirməyə başlayıb. Qaydası üzrə mərasimlər “Aşura” ziyarəti ilə başyır, sonra isə hicabın, günhasız həbs olunmuş ruhani və dindarların azadlığıa çıxması üçün dua edilməsi ilə davam edir. Silsiləvi dua mərasimləri mart ayının üçündə Binə kəndində start göturüb. Dua mərasimləri isə nüfuzlu ruhanilər tərəfindən təşkil olunur.