Russiya servsi/Aran agentliyi
FaktXeber.com-un RİANovostiyə istinadən verdiyi məlumata görə, Rusiyanın Voronej aviasiya zavodunun (BACO) məhsulu olan eksperimental An-148 təyyarəsi şəhərin 130 kilometrliyində qəzaya uğrayıb.
"Rosaviasiya"nın rəsmi nümayəndəsi Sergey İzvolski, sınaq uçuşu keçirildiyi üçün təyyarədə sərnişinin olmadığı barədə məlumat verib.
Hadisə ilə bağlı "hərəkət təhlükəsizliyini pozma və iki və ya daha çox insanın ölümünə səbəb hava əməliyyatları" maddəsi ilə cinayət işi açılıb.
Hadisə səhər saatlarında baş verib. Təyyarə "Pridaça" aeroportundan qalxıb və göyərtəsində 6 nəfər, o cümlədən An-148 təyyarəsinin ilk xarici alıcısı olan 2 nəfər Myanma vətəndaşı olub. Onların hamısı dünyasını fəyişib.
Hadisə şahidlərinin bildirdiyinə görə, təyyarə şəhər kənaraındakı şəxsi bağ evlərində birinin üstünə düşüb, amma bu zaman xəsarət alan olmayıb.