Səhər kanalının Qambiya Universiteti dekanının müavini və Qambiya universitetinin İslam məsələləri və Şərşünaslıq fakültəsinin müəllimi, Ömər Cah ilə eksklüziv müsahibəsi
Azərbaycan servisi/Aran agentliyi
Səhər kanalının Qambiya Universiteti dekanının müavini və Qambiya universitetinin İslam məsələləri və Şərşünaslıq fakültəsinin müəllimi, Ömər Cah ilə eksklüziv müsahibəsi.
"Bismillahir-rəhmanir-rəhim
Azərbaycan Respublikasının bu hərəkətinə qarşı nifrət və qəzəbin elan olunması bütün islam ölkələri, islam hökumətləri və xalqlarına toplum və fərdi şəklində vacib məsələdir. Onların hamısı belə bir qanunun təsdiqlənməsinə müxalif olduqlarını elan etməlidirlər. Bu qanun ləğv olunmadıqda bu ölkə ilə əlaqələrini dayandırmalıdırlar. Hicab islamda zəruri bir məsələdir. Belə ki, Allah-taala tərəfindən Peyğəmbər-Əkrəm (s.ə.s)-a peyğəmbərin qadın və qızları və digər müsəlmanların ona riayət olunmasına çoxlu təkidlər edilmişdir.
Tunisdə Zeynul-Abidin Bin Əli hicabı qadağan edirdi. Hazırda hamımız onun aqibətinin şahidiyik və təəssüflər ki, qalan hakimlər bu məsələdən ibrət dərsi almırlar. İnsan qadını hicab və islami örtüklə azad buraxmalıdır. Bir qadın hicabla ictimaiyyətdə görünmək istədikdə bir şəxsin bu məsələyə mane olması təəccübləndirici bir işdir. Buna görə gələcəkdə bu ölkələrin aqibətini görəcəyik. Hazırda hicabdan istifadəni qadağan ölkələrin aqibətinin şahidiyik.
Bu qanun əks nəticənin qarşısını alacaq və hicabdan istifadə edənlərin sayını artıracaq. Azərbaycan və digər islam ölkələrinin qadınlarından islam və əxlaq təlimlərinə əsasən bu qanuna qarşı çıxmalarını istəyirəm.
Mənim onlara müraciətin qələbəyə qədər müqavimətdir. Allah-taala həmişə insanları sınağa çəkir.
Mən qərbdən şərqə qədər bütün müsəlman xalqlarından bu məsələyə qarşı öz nifrət müraciətlərini hamının qulağına çatdırmalarını istəyirəm. Eyni zamanda beynəlxalq və yerli qanunlara əsasən hüquqi cəhətdən bu cinayətkarların işlərini izləsinlər. Allah-taaladan istəyirəm ki, onları islam düşmənlərinə qalib etsin. Müsəlmanlar da həmişə bu məsələlərə qarşı çıxsınlar".