Bismillahir-rəhmanir-rəhim. Yaradılmışların ən şərafətlisi və sonuncu peyğəmbər Seyyidul-Mürsəlin Həzrət Məhəmməd (s.ə.s)-a salam olsun
Azərbaycan servisi/Aran agentliyi
Səhər kanalının Qambiya Apelyasiya Məhkəməsinin hakimi və Qambiya İslam Məzhəblərinin Yaxınlaşdırılması islami mərkəzin müdiri , Osman Cah ilə eksklüziv müsahibəsi.
Osman Cah : "Bismillahir-rəhmanir-rəhim. Yaradılmışların ən şərafətlisi və sonuncu peyğəmbər Seyyidul-Mürsəlin Həzrət Məhəmməd (s.ə.s)-a salam olsun.
Bu xəbər mənim çox təəccüblənməyimə və kədərlənməyimə səbəb oldu. Belə ki, bir islam ölkəsinin orta məktəblərdə məktəbli qızlara hicabı qadağan etməsi kədərimə səbəb oldu. Heç güman etməzdim ki, azad bir ölkədə hər bir müsəlman və ya qeyri-müsəlmana dini vacib məsələlərinin icrasında maneçilik yaransın. Xüsusilə də bu məsələnin müsəlman bir ölkədə baş verməsi təəccüblüdür.
Deməli onlardan istəyirəm ki, bu qanuna yenidən baxış keçirsinlər. Allah-taaladan qorxsunlar və məktəbli qızların hicabla məktəbə qayıtmalarına icazə versinlər. Bu məsələ bu qızların dünya və axirəti üçün çox layiqlidir.
Buna görə ilk öncə Azərbaycan Respublikasında məktəbli qızlardan istəyirəm ki, aksiyalar keçirməklə bu qanuna qarşı nifrət və qəzəblərini elan etsinlər və düşmənçilik və kin-küdurətdən gələn bu siyasətlə mübarizə etsinlər. Bütün islam ictimaiyyəti, o cümlədən dini alim və rəhbərlərə vacibdir ki, bu qanunla mübarizə aparsınlar və öz nifrətlərini aksiyalar keçirməklə, televiziya proqramları ilə və məqalə və qəzetlərdə elan etsinlər. Bu barədə sükut etmək heç kimə olmaz.
Bütün islam ölkələrinin medialarının vəzifəsi budur ki, bu xəbəri yaymaqla digər müsəlmanlara Azərbaycan Respublikasının bu hərəkəti barəsində lazımi məlumatı versinlər. Lakin İslam partiyası sədrinin həbs olunması digər müsəlmanların hüquqlarına təcavüzdür.
Allah-taaladan istədim ki, Azərbaycan Respublikası xalqını bu xəcalət və zülmdən uzaq saxlasın və bizə də bu işin dəstəklənməsində uğur versin və möhkəm etsin".