Səhər kanalının Amerikanın paytaxtı Vaşinqton şəhərinin imam cüməsi Məhəmməd əl-Asi ilə eksklüziv müsahibəsi
Azərbaycan servisi/Aran agentliyi
Səhər kanalının Amerikanın paytaxtı Vaşinqton şəhərinin imam cüməsi Məhəmməd əl-Asi ilə eksklüziv müsahibəsi.
Məhəmməd əl-Asi: " Hicab məsələsi Azərbaycan Respublikası üçün yeni məsələ hesab olunmur. Hicab Azərbaycan Respublikası ictimaiyyətinin və bu ölkə siyasətinin bir parçası sayılır. Çünki, bu ölkə xalqının 90%-dən çoxunu müsəlmanlar təşkil edir. Hicab yalnız islami bir geyim forması deyil, daha dərin mənaya malikdir.
Biz, qorxu ilə dolu olan bir dünyada yaşayırıq. Bu qorxu, İslam dininin rövnəqlənməsi və müsəlmanların güclənməsi qorxusudur.
Bəzi ölkələrin başçıları İslamdan qorxurlar. Hicab siyasi bir istək deyil, əksinə ictimai mahiyyətin bir parçası və ilahi əmrdir.
Hicablı qadınlar hicab geydikləri zaman başqalarına belə bir mesaj vermiş olurlar ki, islam cəmiyyətin tərkib hissəsinə çevrilib. Elə buna görə də bəzi dövlət başçıları bundan qorxurlar. İslam ideologiyası ilə müxalif olan hakimlər bunu qəbul edə bilmirlər. Qanunları elə formaya salırlar ki, hicabdan istifadəni məhdudlaşdırsınlar. Hazırda bunu Azərbaycanda müşahidə etmək olar. Bu sekulyarlar ilə islamçılar arasındakı bir məsələdir. Ötən on illiklərdə Türkiyədə bunun şahidi olmuşuq. Belə ki, Türkiyədə hicab bir növ qanunları pozmaq mənasında idi. Hicab məktəbli və tələbələrin təhsildən məhrum olmalarına səbəb olmuşdu.
Hazırda bu sekularizm xəstəliyi Azərbaycana sirayət edib.
Azərbaycanda ictimai bir qüdrət zühur edib. Bu ictimai qüdrət gələcəkdə islami Azərbaycandan xəbər verir. Hazırda Azərbaycan Respublikasında sekularizm təfəkkürü artıq öz əhəmiyyətini itirib.
Maraqlıdır ki, Qərbdən mənşə alan hicab qadağası qanunu artıq Qərb ölkələrinin özlərində mövcud deyil. Hazırda Qərbdə geyim azadlığı var və hicab üçün heç bir məhdudiyyət mövcud deyil. Hətta müsəlmanlar rübənd və niqabdan da istifadə edirlər. Qərbin sekulyar ölkələrində belə hicabla rəsmi dairələrə girişə icazə verilir.
Belə olan halda bəs nə üçün biz müsəlman bir ölkədə islami hicaba dözə bilmirik. Halbuki, Qərbdə sekulyar və liberal quruluşlar hicabdan istifadəyə icazə verirlər" .