Azərbaycan Respublikasında Ərəb ölkələrinə oxşar inqilabı önləmək məqsədi ilə MTN xüsusi əməliyyata başlayıb
Azərbaycan servisi/Aran agentliyi
MTN-ə bağlı olan zahirdə müxalifət qəzeti "Yeni Müsavat" xəbər verib : " Ərəb ölkələrində olan inqilabların Azərbaycana təsirlərini minimuma endirmək üçün MTN artıq ciddi şəkildə fəaliyyətə başlayıb. Rayonlarda əhalinin ən yoxsul qrupları ilə təmasda olan və onlara zülm edən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinin rəhbərləri hədəfdədir. Bu qurumun Kürdəmirdəki sədri Qismət Abdulrəhmanov xalqın gözü qarşısında qandallanıb. Başqa bölgələrdə də həbslər həyata keçirilir. Ötən gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 nömrəli zona tibbi-sosial ekspert komissiyasının sədri Mir Hamil Mir Əlövsət oğlu Bəhramovun, Salyan rayonunun Xıdırlı bələdiyyəsinin sədri Aydın Tarverdiyevin, Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri Səfər Hüseynovun həbsləri də bu qəbildən olan əməliyyatın tərkib hissəsidir."
Son həftələr ərzində xalqın sosial problemlərinə görə narazılığını bildirmək üçün Nardaran qəsəbəsi və Sabirabad, Saatlı və Tovuz rayonlarında etiraz aksiyaları keçirilmişdir.
Habelə hökumətə müxalif partiya və təşkilatların "İctimai Palata" adlanan koalisiyası Azərbaycan Respublikası hökumətinin istefa verməsini istəməklə yanaşı respublikadakı mövcud vəziyyətə narazılığı bildirmək məqsədilə aksiyaların keçirilməsinə icazənin verilməsini tələb edib.