Beynalxalq servisi/Aran agentliyi
Ərəbistanın müxtəlif şəhərlərinin şiələri bu gün bu ölkənin tanınmış ruhanisinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmasına etiraz əlaməti olaraq cümə namazını qıldıqdan sonra aksiya keçirəcəklər.
Əl-Ehsa vilayətinin şiələri əhalidən istəyiblər ki, Ərəbistanın tanınmış şiə ruhanisi Şeyx Tofiq əl-Amirin həbs olunmasında Ərəbistan rəsmilərinin hərəkətinə etiraz əlaməti olaraq cümə günü keçiriləcək aksiyada iştirak etsinlər.
Ərəbistanın təhlükəsizlik qüvvələri ötən bazar günü Ərəbistanda şərtli quruluşun təşkil olunmasına dəvət və ayrı-seçkiliyə qarşı çıxmaqla əlaqədar əl-Ehsa vilayətinin Hufuf şəhərində məsciddə cümə namazı xütbələrindəki çıxışına görə Şeyx əl-Amiri həbs etdilər.
Bununla yanaşı Ərəbistanın əl-Qətif vilayətinin əl-Əvamiyyə şəhərciyinin əhalisi cümə günü Şeyx əl-Amirin dəstəklənməsi və azad olunması istiqamətində yürüş keçirməyi planlaşdırıb.
Əl-Qətif, əl-Əvamiyyə və Səfəvi şəhərləri ötən günlər ərzində xalq etirazlarının şahidi olub. Etirazlarda Ərəbistanda uzun illər mühakimə olunmadan həbs olunan məhbusların azadlığı tələb olunub.