Tarix : 2011 Mar 07
Kod 21746

Hicab qadağası və AİP sədrinin həbsinə qarşı islam dünyası alimləri etiraz ediblər

müsəlman ölkələrin alim və ziyalıları bu agentliyin müxbiri ilə müsahibədə Azərbaycan Respublikasında hicab məsələsi və islamçıların həbs olunması barəsində öz fikirlərini bildiriblər
Azərbaycan servisi/Aran agentliyi

İslam dünyasının bir neçə alimi və ziyalısı Azərbaycan Respublikası orta məktəblərində hicab qadağası, habelə Azərbaycan İslam partiyasının sədri Möhsün Səmədovun azad olunmasını tələb edib.

Aran internet portalının məlumatına əsasən, müsəlman ölkələrin alim və ziyalıları bu agentliyin müxbiri ilə müsahibədə Azərbaycan Respublikasında hicab məsələsi və islamçıların həbs olunması barəsində öz fikirlərini bildiriblər.

Livanlı alimlərdən Şeyx Həsən Nəbradi deyib: Şübhəsiz hicabı qadağan etmək islam şəriətinə ziddir. Xalq hicab qadağası ilə əlaqədar qanunları qəbul etməməli və dinc yollarla məhbusların azadlığı üçün addım atmalıdır. Çünki bu vəziyyət dözüləsi deyil. Azərbaycan hökuməti bu işin sonunu dərk etməli və belə qərarlara görə cavabdeh olmalıdır.

Tacikistan İslam partiyasının sədri Mühyiddin Kəbiri qeyd edib ki, biz həbs olunanların hamısının, xüsusilə də cənab Səmədovun azadlığını tələb edirik və Azərbaycan hökumətinin anti-din hərəkətlərini pisləyirik.

Vaşinqtonda islam alimi Məhəmməd əl-Asi deyib: ABŞ-ın konstitusiyasının liberal olmasına baxmayaraq, onda hicab qadağası mövcud deyil. Lakin bəzi islam ölkələrində cahil şəxslərin hicaba mane olmaları təəccüblüdür. Bu elə bir haldadır ki, əksəriyyətini xristianlar təşkil edən ölkələrdə biz də belə vəziyyətin şahidi deyilik. Müsəlmanlar bu fitnə və düşmənçiliklərlə əlaqədar ayıq olmalıdırlar və hicab qadağası da bu düşmənçiliklərin bir meyarıdır.

Qambiyada İslami Təhqiqat mərkəzinin sədri Ömər Cah bildirib: Hicab ilahi əmr və Quranda qeyd olunmuş məsələlərdən biridir. Azərbaycan rəsmilərinə xatırlatmaq lazımdır ki, hicab ilahi bir məsələdir, islam hamını ona riayət etməyə dəvət etmişdir və onu qadağan etmək açıq-aşkar küfrdür. Görünür azəri hökumət rəsmiləri Tunisdə Ben Əlinin taleyindən ibrət dərsi almalıdırlar. Ben Əli Tunisdə hicaba mane oldu və bu gün hansı tale ilə üzləşdiyi məlumdur. Onlar bilməlidirlər ki, oxşar aqibət onları da gözləyir.

Qambiya İslam Məzhəblərinin Yaxınlaşdırılması mərkəzinin sədri Osman Həmd də qeyd edib ki, islam düşmənləri tərəfindən irəli sürülən hicab qadağası ən böyük günahlardandır və onların islamla düşmənçiliyinin nə dərəcədə dərin olduğunu göstərir. Bütün müsəlmanların vəzifəsi budur ki, Azərbaycan hökumətinin bu anti-din hərəkətlərinə mane olsunlar. Belə ki, müsəlmanlara qarşı zülmün qarşısı alınsın. Mən müsəlmanlar deyil, hətta bəzi kafirlərin də çəkindikləri bu bəd əməli pisləyir və Allah-taaladan istəyirəm ki, bu problem və zülmü Azərbaycan ictimaiyyətindən uzaqlaşdırsın.

İraqda əl-Təhhar araşdırmalar mərkəzinin müdiri Abdulla Ərqaq deyib: Azərbaycanın müsəlman xalqı bu qadağaya etiraz etməklə islam üsullarına əməl edir və qadınların hicabı və hüquqlarını dəstəkləyirlər. Azərbaycan hökuməti tez bir zamanda məhbusların, xüsusilə də cənab Səmədovun azad olunması istiqamətində addım atmalıdır.

Livan İslama Dəvət Mərkəzinin üzvü Əhməd Əli əl-Sübhi qeyd edib: Azərbaycan Respublikasında hicab qadağası məsələsi məğlubiyyətə məhkumdur. Bütün müsəlmanlardan istəyirik ki, islam hökmlərinə qarşı sadiq olsunlar və Azərbaycan hökuməti müsəlmanları islam göstərişlərinin icrasında azad buraxmalıdır.

Livanda Vəhdətin İslahı Hərəkatının sədri Şeyx Mahir Əbdülrəzzaq da bu barədə deyib: Biz islam dünyası müsəlmanlarından istəyirik ki, Azərbaycan xalqı ilə birgə olsunlar. Habelə Azərbaycan hökumətindən istəyirik ki, hicab qadağasına qarşı çıxmış həbs olunanları azad etsin.

  

  • Yazılıb
  • da (də) 2011 Mar 07