Azərbaycan Respublikasında hicab qadağası və ruhanilərin kütləvi həbsi ilə bağlı tədbir Türkiyədə öz işinə başlayıb
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikasında hicab qadağası və ruhanilərin kütləvi həbsi ilə bağlı tədbir Türkiyədə öz işinə başlayıb.
İngiltərənin "İslamic Human Rights Commission" İslami İnsan Haqlarının Müdafiə Komitəsi" təşkilatçılığı ilə başlayan Tədbirdə Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna, İndoneziya, Malayziya, Amerika, Kanada, İran, İngiltərə, Almaniya, Fransa, Cənubi Afrika və Türkiyənin bir neçə təşkilatı iştirak edir.
Çıxış sözülə danışan İHCR-nın sədri Məsud Şəcəri Qərb mediasının "İslamın çirkin üzü" başlıqlı manşetlərinin arxasında məhz imperialistlərin durduğunu deyib.
Sonra Azərbaycandan "Azərbaycanda hicab və hicab məhbuslarının haqlarının müdafiə komitəsi"nin sədri Faiq Vəlioğlu Azərbaycandakı hicab qadağası, hicab məhbusları və İslamafobiyayanın təzahürlərini açıqlayıb.
Ukrayna "Əhli Beyt" təşkilatının sədri Elçin Ələkbərova da Azərbaycandakı hadisələrə toxunaraq bir azərbaycanlı olaraq bu məsələlərdən narahatçılığını önə çəkib.
Məscidlərin sökülməsini yada salan Ukraynalı ruhani dünyəviliyi bəhanə edərək ölkədəki islamafobiya yaradanları tənqid edib.
Tədbirdə çıxış edən Türkiyənin insan haqları təşkilatı "Mazlumder"in sədr müavini A.Faruk Ünsal Azərbaycandakı hicab qadağası, azanın səsgücləndirənlərdən yayımına əvvəl qoyulmuş qadağaya işarə edib.
Bu tədbirdə KudusTV, ZəhraTV, Əl ForatTV, HilalTV, Yeni Akit, Yeni Şəfəq həmçinin Azərbaycandan İslam-Azeri.az və Azadxeber.az saytları mətbuat təmsilçiləri kimi iştirak edirlər.