Azərbaycan Respublikasının bir dövlət informasiya agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni layihələrin təqdimatına hazırlaşdığını bildirib
Azərbaycan servisi/Aran agentliyi
Azərbaycan Respublikasının bir dövlət informasiya agentliyi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) yeni layihələrin təqdimatına hazırlaşdığını bildirib.
Trend İnformasiya Agentliyi bu xəbəri bildirərək onun detallarına daha çox işarə etməyib.
Son aylar ərzində ARDNŞ ekoloji xəbərdarlıqlara diqqət yetirmədən Xəzər dənizi sahillərində qazıntıları artırıb.
BP şirkəti də ötən həftə bu şirkətin Azərbaycan Respublikasında Xəzər dənizi sahillərində Azəri, Çıraq, Günəşli neft yataqlarında neft istehsalını artırmasından xəbər verib.
BP şirkəti bildirib ki, bu şirkət 2010-cu ildə bu neft yataqlarından 40.3 milyon tondan artıq neft çıxarıb.
Neft qazıntıları Xəzəryanı bəzi ölkələrdə və bu qiymətli dənizin canlıları üçün çoxlu ekoloji problemlər yaratmışdır.
Mütəxəssislər sahilyanı ölkələr tərəfindən neft və qaz mənbələrindən istifadə olunması ilə əlaqədar əməliyyatları bu qiymətli dənizin canlıları, xüsusilə də kürü balıqlarının tələf olmasına əsas amillərdən biri kimi xatırladırlar.
Rəsmi statistikalara əsasən, təkcə Azərbaycan Respublikası neft quyularından ildə 15 min ton neft bu dənizə daxil olur.