Tarix : 2011 Mar 08
Kod 21762

İstanbulda ''Azərbaycan R-da islamofobiya'' beynəlxalq konfransı keçirilib

Bu konfrans İngiltərə İslami İnsan Haqları Komissiyasının təşəbbüsü və Türkiyə və Azərbaycan Respublikasının dini təşkilatları, İran, ABŞ, Kosovo və ...
Türkiyə servisi/Aran agentliyi

(Səhər TV)-Azərbaycan Respublikasında hicablı qızların hüquqlarının təmin olunması məqsədilə bu ölkənin müsəlman xalqının səylərinin davam etməsi ilə paralel olaraq Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası orta məktəblərində hicab qadağası məsələsi və hicab qadağasına qarşı çıxan islamçılar, xüsusilə də AİP sədri Hacı Möhsün Səmədov və digər islamçı fəalların həbs olunmasının araşdırılması üçün beynəlxalq konfrans təşkil olunub.

Bu konfrans İngiltərə İslami İnsan Haqları Komissiyasının təşəbbüsü və Türkiyə və Azərbaycan Respublikasının dini təşkilatları, İran, ABŞ, Kosovo və digər İslam ölkələrindən olan qonaqların iştirakı ilə keçirilib.

Azərbaycan Respublikasının müsəlman xalqının səyləri ardınca İstanbul konfransının təşkil olunması göstərir ki, bu müsəlman ölkədə məktəbli qızlara qarşı hicab qadağasının qorunması və təsbit olunması üçün islamofobların təkidlərinə baxmayaraq, bu qadağanın ləğvi üçün AR xalqının hərəkəti nəticəvericidir. Bu respublikanın müsəlman xalqının məktəbli qızların hicab qadağasının ləğv olunması üçün atdıqları addımların nəticələrindən biri bu məsələnin islami beynəlxalq səhnədə irəli sürülməsidir.

Əlbəttə Azərbaycan Respublikasının müsəlman xalqı ilk öncə məktəbli qızların hicab qadağası məsələsinin bu respublikanın daxilində həll olunmasına çalışdılar. O cümlədən hicabın qorunması üçün insani haqları pozulmuş məktəbli qızların valideynlərinin Azərbaycan Respublikasının Təhsil Nazirliyinin binası önündə ötən il noyabr ayının əvvəllərində keçirdikləri əzəmətli aksiya hicab qadağası məsələsinin məntiqi həlli istiqamətində oldu. Bakıda bu xalq aksiyası səadətli Qədir-Xum bayramı günləri ilə yanaşı oldu və aksiyaçıların istəyi də ali müqəddəs məqsədə malik idi. Aksiyaçılar hicab və iffətin qorunması üçün öz qızlarının mənəvi hüququnun təmin olunmasını tələb edirdilər. Xüsusilə də bu xalqın qəbul etdiyi önəmli dəyərlərdən olan tarixi və mədəni hicab və iffət baxımından önəmli idi. Çünki uzun illər allahsız kommunist rejimi, sonra isə Azərbaycan Respublikasında qərbliləşdirmək siyasəti bu respublikanın müsəlman xalqını bu dəyərdən uzaqlaşdıra bilməmişdi. Azərbaycan Respublikası Təhsil Nazirliyi önündə toplaşan xalq polisin dəyənək, gözyaşardıcı qaz və amansız zərbələri ilə üzləşdi. Həmin polis zərbələri bir qayda olaraq dindar və ilahi dəyərləri tələb edən xalqın əvəzinə cinayətkarları hədəfə almalıdır. Lakin hicabın qorunmasını tələb edən müsəlman xalqa polisin zərbələrinin dəyməsi Azərbaycan Respublikası xalqının bu hərəkətinin davam etməsinə mane ola bilmədi. Hicabın tələb olunması hərəkəti Azərbaycan Respublikasında və ondan xaricdə müxtəlif formalarda bu respublika vətəndaşları tərəfindən davam etdi və bu respublikanın digər şəhərlərində, o cümlədən Lənkəran, Gəncə, Cəlilabad, Quba və Sumqayıt və Nardaranda və digər bölgələrdə də izlənildi.

Azərbaycan Respublikasında bu xalq aksiyalarının ardınca, bu respublika xalqının hicab-sevərlik və haqsevərlik səsinə bu ölkədən xaricdə də səs verildi. Azərbaycan Respublikası müsəlman xalqının Türkiyə və İrandakı bacı və qardaşları hicab müdafiəçilərini dəstək istiqamətində Azərbaycan Respublikasının konsulluq və səfirlikləri önündə aksiya keçirdilər və bu respublikada məktəbli qızların insani hüquqlarına riayət olunmasını tələb etdilər. Lakin İstanbul, Təbriz, Tehran və Ərdəbildə keçirilən aksiyalar da Azərbaycan Respublikasında islamofob və hicabofobların zülmkar əməlini islah etmək üçün yetərli olmadı. Elə bu səbəbə görə son həftələr belə görünür ki, hicablı məktəblilərin hicab və iffətinin qorunması istiqamətində Azərbaycan Respublikasının müsəlman xalqının mübarizəsi yeni mərhələyə başlayıb.

Azərbaycan Respublikasından əldə olunan məlumatlara əsasən məktəbli qızlara hicab qadağasının ləğv olunması üçün məscid və dini məclislərdə dua oxumağın rövnəqləndiyi bildirilir.

Bu arada Türkiyənin İstanbul şəhərində Azərbaycan Respublikası müsəlman xalqının hüququnun dəstəklənməsi istiqamətində müxtəlif islami və ABŞ və İngiltərə kimi qeyri-islami ölkə ictimaiyyətindən qonaqların iştirakı ilə beynəlxalq konfransın keçirilməsi göstərir ki, Azərbaycan Respublikasında orta məktəblərdə hicabı qadağan edənlər sonda bu qadağanı ləğv edəcəklər. Çünki mütəxəssislərin qənaətincə, Azərbaycan Respublikasında hicab qadağası və islamofobiyaya son qoyulmadığı təqdirdə bu ölkədəki hicabofoblar və islami dəyərlərə qarşı çıxanların aqibəti Tunisdə Ben Əli, Liviyada Qəddafi və Misirdə Mübarəkdən yaxşı olmayacaq.Bu konfransda Malayziyadan Mühyiddin Qadir də bildirib ki, hicab islami bir vəzifədir. Hicab bir müqavimət nişanəsidir. Zorakılıq qarşısında müqavimət, müstəmləkəçilik qarşısında müqavimət, imperializm qarşısında müqavimət.

Türkiyədə Mazlumder Təşkilatından Faruq Ünsal da Azərbaycan Respublikasında azadlıqsevərlər və hicab müdafiəçilərinin qələbəsi və uğurunu arzulayaraq bu təşkilatın Azərbaycan Respublikasında islmofobiya və hicabofobiya barəsində təhqiqatı barəsində hesabat verib. 

  • Yazılıb
  • da (də) 2011 Mar 08