Tarix : 2011 Mar 08
Kod 21763

QOBUSTAN HƏBSXANASININ RƏİSİ İŞDƏN KƏNARLAŞDIRILIB

Qobustan həbsxanasının rəisi xidməti tədqiqatla əlaqədar olaraq tutduğu vəzifədən kənarlaşdırılıb
Azərbaycan servisi/Aran agentliyi

Bu barədə Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Trend"ə xəbər verilib. Xidmət rəisi Mədət Quliyevin əmri ilə həbsxananın rəisi Kazım Abdullayev təhqiqatın davam etdiyi müddət ərzində vəzifəsindən kənarlaşdırılıb.

Vəzifənin icrası müvəqqəti olaraq 7 saylı cəzaçəkmə müəssisəsinin rəisi Şahin Osmanova həvalə olunub.

Xidmətdən verilən məlumata görə, tədqiqatın nəticəsindən asılı olaraq Abdullayevin həmin vəzifədə qalıb-qalmaması barədə qərar veriləcək. 

  • Yazılıb
  • da (də) 2011 Mar 08