Tarix : 2011 Mar 08
Kod 21766

ÜMİD PARTIYASI GƏNCLƏRİ AKTİV OLMAĞA ÇAĞIRDI

Xanlar Abbasov: ''Düşünmürəm ki, gənclərimizin bu cür qanunsuz həbsləri Azərbaycan gəncliyini qorxudacaq və fəallıqdan çəkindirəcək''
Azərbaycan servisi/Aran agentliyi

Son dövrdə ölkəmizdə baş verən ictimai siyasi aktivlik və bu aktivliyin mərkəzində gəncliyin olması gənclərə qarşı təzyiqlərin artması ilə nəticələnib. FaktXeber.com-un məlumatına görə, bu barədə Ümid Partiyası Gənclər Təşkilatının sədri Xanlar Abbasov açıqlama verib: “Ardıcıl olaraq fəallıq göstərən gəncləri müxtəlif bəhanələrlə həbsi və işgəncələrə məruz qalması gəncliyin ümumi fəallığının qarşısını almaq məqsədi daşıyır. Düşünmürəm ki, gənclərimizin bu cür qanunsuz həbsləri Azərbaycan gəncliyini qorxudacaq və fəallıqdan çəkindirəcək. 
Gənc fəallardan biri olan Bəxtiyar Hacıyevin həbsi və işgəncələrə məruz qalması tək Bəxtiyar Hacıyevə qarşı atılmış qanunsuz addım yox, onun simasında bütün fəal Azərbaycan gəncliyinə qarşı edilmiş haqsızlıqdır. Dəyanət Babayevin yalançı bəhanələrlə tutulmasını pisləyir və bütün gənclərin dərhal azadlığa buraxılmasını tələb edirik.
Düşünürəm ki, gənclərə qarşı bu cür təzyiqlər Azərbaycan gəncliyinin bir arada fəaliyyəti üçün stimul yaradacaq və gənclik birgə daha fəal fəaliyyətə başlayacaq.” 

  • Yazılıb
  • da (də) 2011 Mar 08