Tarix : 2011 Mar 09
Kod 21789

İran və AR-da mövcud bütün potensialların fəallaşdırılması üçün proqramlar

İran İslam Respublikası və Azərbaycan Respublikası qardaşlıq əlaqələrinə malikdirlər və bu qardaşlıq əlaqələri həmişə möhkəm qalacaqdır
Azerbaijan servsi/Aran agentliyi

İran İslam Respublikasının prezidenti deyib: İran İslam Respublikası və Azərbaycan Respublikası qardaşlıq əlaqələrinə malikdirlər və bu qardaşlıq əlaqələri həmişə möhkəm qalacaqdır.

Prezident Aparatının İnformasiya Xidmətinin verdiyi məlumata əsasən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovu qəbul edən cənab Mahmud Əhmədinejad ikitərəfli və regional münasibətlərin inkişafı üçün iki ölkədə mövcud potensiallara toxunub: Uyğun və ixtisaslı şəkildə proramlaşdırmalar ilə iki xalqın mənafeyi istiqamətində mövcud bütün potensialları fəallaşdırmaq olar.


İki ölkə xalqının əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyətinə toxunan İran prezidenti xatırladıb: İran və Azərbaycan ticarət, iqtisadiyyat əlaqələrinin genişləndirilməsinə diqqətin yetirilməsi ilə yanaşı ictimai münasibətlərin daha da möhkəmləndirilməsinə diqqətdə saxlamalıdırlar.


Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov da bu görüşdə Azərbaycan Respublikasının İranla münasibətlərin inkişafına xüsusi önəm verdiyinə toxunaraq deyib: İran və Azərbaycan iki müsəlman və qonşu ölkə kimi bir-biri ilə ən yaxın əməkdaşlıq və münasibətlərə malik olmalıdırlar.

Məmmədyarov habelə enerji, neft və qaz sektorlarında əlaqələrin möhkəmləndirilməsini qeyd edib.

  • Yazılıb
  • da (də) 2011 Mar 09