Tarix : 2011 Mar 09
Kod 21790

Bəzi ölkələrin insan haqları bəhanəsi ilə İrana qarşı hərəkətləri tənqid olunub

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi bəzi ölkələrin İranda insan haqları məsələsi barəsində dağıdıcı səylərini tənqid edib
IIR servsi/Aran agentliyi

İran İslam Respublikasının BMT-dəki nümayəndəsi bəzi ölkələrin İranda insan haqları məsələsi barəsində dağıdıcı səylərini tənqid edib.

İranın BMT-dəki nümayəndəsi Seyid Məhəmmədrza Səccadi bazar ertəsi günü BMT-də İslam Konfransı Təşkilatının səfirlərinin Cenevrədə keçirilən toplantısında İranda insan haqlarının vəziyyəti barəsində qətnamənin ilkin mətni barəsində deyib: Biz bir neçə məhdud ölkənin dağıdıcı səyi ilə üzləşmişik. Belə ki, sonda BMT-nin İnsan Haqları Şurasında qarşılaşma atmosferinin yaranmasına səbəb olacaqlar.

"Bu qətnamədə məqsəd İnsan Haqları Şurasının xüsusi prosesləri və İran barəsində bir ölkənin xüsusi hesabatçısını təyin olunmasında əməkdaşlıq etməmək iddia olunur" -deyə Səccadi bildirib.

İranın BMT-dəki nümayəndəsi bu hərəkətləri bu həqiqətin göstəricisi hesab edib ki, BMT-də insan haqları siyasi oyuna alət olub və beləliklə təşkilatın imicinə də zərbə dəyib.

Səccadi xatırladıb: İran İslam Respublikası dəfələrlə bildirib ki, inkişafda olan və islam ölkələri arasından xüsusi bir ölkə barəsində qətnamənin hazırlanması yalnız BMT üzvlərini bir-biri ilə qarşılaşmağa doğru sövq etdirəcək bir hərəkətdir.

  • Yazılıb
  • da (də) 2011 Mar 09