Tarix : 2011 Mar 09
Kod 21791

Böyük Rəhbər ekologiyanın qorunmasını vurğulayıblar

Tehranın cənubunda Qala-Morği batalyonunun sabiq məkanında İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İranın ən böyük bağ şəhərciyinin salınması əməliyyatı rəsmən işə başladı
IIR servsi/Aran agentliyi

Tehranın cənubunda Qala-Morği batalyonunun sabiq məkanında İslam İnqilabının Böyük Rəhbərinin iştirakı ilə İranın ən böyük bağ şəhərciyinin salınması əməliyyatı rəsmən işə başladı.

İranda "Təbii Sərvətlər Həftəsi" ilə yanaşı çərşənbə axşamı günü İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei təbii sərvətlər və ekologiya sahələri habelə, Tehran İcra hakimiyyətinin müxtəlif bölmələrinin rəsmiləri və İslam Şurası Məclisində Tehran şəhərinin millət vəkillərinin toplantısında iki ağac şitili əkməklə şirin həyatın lazım olan məsələsini elm, sənaye, iqtisadiyyat və şəhərsalma üzrə inkişaflar yanında sağlam ekologiyanın mövcud olması hesab ediblər.

İslam İnqilabının Böyük Rəhbəri İslam İnqilabının qələbəsindən sonra Tehranda əhalinin rifahının yaxşılaşdırılması üzrə həyata keçirilmiş proqramlar və xidmətlərlə əlaqədar hərəkətləri İnqilabdan əvvəlki illərlə müqayisə olunmaz adlandırıb və deyiblər: Təbii sərvətlər tarix boyu müxtəlif xalq və nəsillərə aid milli sərvətlər siyahısında yer alır. Buna görə təbii sərvətlər və meşələrin qorunmasında ciddi əzmkarlıq göstərilməlidir.

İslam İnqilabının Böyük Rəhbəri məsul şəxslərdən istəyiblər ki, ətraf mühit, meşələr, təbii ehtiyatların qorunması, sağlam atmosferin yaradılması və təravətli yaşayış tərzi kimi məsələləri iş gündəmlərinə salsınlar.

Mədəniyyət məsələlərinin əhəmiyyətini vurğulayan Həzrət Ayətullahülüzma Xamenei mədəniyyəti həyatın ruhu sayıblar və xatırladıblar: Şəhərlərin mədəniyyət məsələlərində şəhərlər formalaşmalı, dini və ilahiləşməlidir. Belə ki, həyat və ictimaiyyət islam nəzərindən reallaşsın.

İranın ən böyük bağ şəhərinin salınması əməliyyatına çərşənbə axşamı günü Qala-Morği batalyonunun sabiq məkanında start verilib və 2011-ci ilin may ayında layihənin istifadəyə verilməsi qərara alınıb.

  • Yazılıb
  • da (də) 2011 Mar 09