Azərbaycan Respublikasında müsəlmanlara və islam dəyərlərinə qarşı təzyiq və qaralama siyasətinin davam etməsi dindarların reaksiyasına səbəb olub
Azerbaijan servsi/Aran agentliyi
Azərbaycan Respublikasında müsəlmanlara və islam dəyərlərinə qarşı təzyiq və qaralama siyasətinin davam etməsi dindarların reaksiyasına səbəb olub.
Bakıdakı müxbirimizin yerli mənbələr, o cümlədən Azadlıq qəzetinə istinadla verdiyi məlumata əsasən Gəncə şəhərində bir qrup dindar bir müraciətdə islama qarşı qadağaların mahiyyətindən ümumi fikri yayındırmaq üçün Azərbaycan Respublikası müsəlmanlarına qarşı mənfi təbliğatın genişlənməsini tənqid edib.
Bu müraciətdə bildirilir: Bəzi qüvvələr dindarları xarici ölkələrin təhlükəsizlik qurumlarının casusu kimi ictimaiyyətə tanıtdırırlar. Biz bu ittihamları pisləyirik və bildiririk ki, öz vətənimizi başqalarından daha artıq sevirik, Azərbaycanın işğal olunmuş rayonlarının azad olunması istiqamətində kömək etməyə hazırıq. Bu təbliğatı ortaya atanlar isə Azərbaycan xalqının düşmənləridirlər.
Bu məlumata əsasən Azərbaycan Respublikası müsəlmanlarına qarşı təzyiqin davamında Gəncədə bəzi məscidlərin önündə polis məntəqələri yaradılıb və namaz qılanlar axtarılırlar. Bu elə bir şəraitdədir ki, Tunisdə də Bin Əli dövründə namaz qılanlar məscidə getmək üçün hökumətdən xüsusi icazə vərəqələri almalı idilər.
Habelə məlumatlara əsasən, Qobustanın icra hakimi İsmayıl Vəliyevin göstərişi ilə polis Mərəzə qəsəbəsində yerləşən məscidlərdən birini plomblayıb və məsciddə namazın qılınmasına mane olub.
Eirazları nəticəsiz qalan Mərəzə sakinləri məscidin önündə açıq havada qar üstündə namaz qılıblar.
Eyni zamanda bir tərəfdən 11 və 12 martda hökumətə qarşı aksiyaların keçirilməsi üçün qərbpərəst müxaliflərin proqramlaşdırması, digər tərəfdən isə Azərbaycan Respublikası İslam partiyasının hökumətə qarşı aksiyaların keçirilməsi ilə bağlı bildirişi ilə Azərbaycan Respublikası xəbər mənbələri Daxili İşlər Nazirliyi tərəfindən polis qüvvələri üçün xüsusi və fövqəladə təlimlərin başlandığından xəbər veriblər.
Bu xəbəri bildirən Turan İnformasiya Agentliyi bu məsələni hökumətə qarşı aksiyaların keçirilməsi üçün islamçı qüvvələrlə digər müxalif qrupların ehtimal olunan birləşməsindən hökumətin nigaranlığının nişanəsi adlandırıblar.
Habelə Yeni Müsavat qəzeti Nardaran ağsaqqallarına istinadən bildirib ki, Nardaranda son bir ayda üçüncü dəfə olaraq çərşənbə günündə aksiya keçiriləcək və sosial problemlər, habelə islama qarşı qadağaların davam etməsinə etiraz ediləcək.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi də 11 martda aksiya keçirəcək müxaliflərə xəbərdarlıq edib və bildirib ki, hər bir qeyri-qanuni aksiya ilə ciddi şəkildə mübarizə aparacaq.
Bu arada Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Mehman Hüseynov özünün və bu institutun işçilərindən bir neçəsinin bir neçə saatlıq həbs olunması və 11 mart aksiyası üçün elan verməməsi ilə əlaqədar polisin xəbərdarlığından xəbər verib.
Azərbaycan Respublikasında hüquq dairələrindən bir neçəsi də bazar ertəsi günü polis və ordudan istəyib ki, xalq qiyamı baş verdiyi təqdirdə xalq etirazlarının yatırılması üçün tabeliyində olduqları şəxslərin qeyri-qanuni əmrlərini icra etməkdən çəkinsinlər.
Üç aydan artıqdır ki, vahid məktəbli geyimi qanunun icrası bəhanəsi ilə hicablı məktəblilərin orta məktəblərə daxil olmalarının qarşısı alınır. Yoxsulluq, korrupsiya və ictimai problemlərlə yanaşı islami qadağalar narazılığa səbəb olub.