Tarix : 2011 Mar 09
Kod 21793

Azərbaycan Respublikası hökuməti medianı öz nəzarətinə götürür

Nuşirəvan Məhərrəmli deyib ki , Mövcud qanunvericilikdə bu məsələni tənzimləmək üçün hər hansı müddəa olmadığı üçün biz bu televiziyaların fəaliyyətinə nəzarət etmirik
Azerbaijan servsi/Aran agentliyi

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib : "Mən dəfələrlə demişəm, istər internetdə, istər kabel şəbəkəsində, istərsə də efirdə yayımlanmasından asılı olmayaraq, televiziya xüsusi fəaliyyət sahəsidir. Xüsusi fəaliyyət sahəsi olduğundan onu bu və ya digər şəkildə tənzimləmək lazımdır.

Nuşirəvan Məhərrəmli deyib ki , Mövcud qanunvericilikdə bu məsələni tənzimləmək üçün hər hansı müddəa olmadığı üçün biz bu televiziyaların fəaliyyətinə nəzarət etmirik. Amma hesab edirəm ki, bu, çox ciddi məsələdir. Gələcəkdə bu məsələnin tənzimlənməsinə ehtiyac olacaq".
Qeyri-rəsmi bilgiyə görə, hazırda ölkədə 10 internet televiziya və radio fəaliyyət göstərir.

  • Yazılıb
  • da (də) 2011 Mar 09