Tarix : 2011 Mar 09
Kod 21794

Bu gün Ağdamda 8 yaşlı uşaq erməni qüvvələri tərəfindən atılmış güllə nəticəsində həlak olub

hadisə təxminən saat 16.10 radələrində ermənilərin işğal altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində baş verib
Azerbaijan servsi/Aran agentliyi

FaktXeber -in məlumatına görə, hadisə təxminən saat 16.10 radələrində ermənilərin işğal altında olan Şıxlar kəndi istiqamətində açdıqları atəş nəticəsində baş verib.

Məlumata görə, 8 yaşlı Orta Qərvənd kənd sakini, Fariz Arzu oğlu Bədəlov həyətdə olarkən baş nahiyəsindən güllə yarası alıb. E.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.

4 gün əvvəl soçi görüşündə prezidentlər İlham Əliyev və Serj Sərkisiyan dinc yollarla DQ münaqişəsinə həll yolu axtarmağa dair bəyannamə imzalamışlar.

  • Yazılıb
  • da (də) 2011 Mar 09