Tarix : 2011 Mar 09
Kod 21803

“İran Azərbaycan Respublikası üçün etimadlı qonşu və şərikdir”

İran İslam Respublikası və Azərbaycan Respublikasının dövlətlər arası müştərək iqtisadi komissiyasının 8-ci iclası dünən Tehran iki ölkənin xarici işlər nazirinin başçılığı ilə keçirildi
Azərbaycan servisi/Aran agentliyi

İran İslam Respublikası və Azərbaycan Respublikasının dövlətlər arası müştərək iqtisadi komissiyasının 8-ci iclası dünən Tehran iki ölkənin xarici işlər nazirinin başçılığı ilə keçirildi.

İran İslam Respublikasının xarici işlər naziri Əliəkbər Salehi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovlar birgə keçirdiyi konfransda deyib: Çox az iki ölkənin adını çəkə bilərik ki, bu qədər yaxın olsunlar və İran və Azərbaycan mədəniyyət baxımından bir-birinin davamındadırlar. Əsrlər boyu birlikdə yaşayıblar və birgə mədəniyyət və dinə malikdirlər. İran Azərbaycan Respublikası üçün etimadlı qonşu və şərikdir. Azərbaycan İran üçün xüsusi önəmə malikdir. Ümid edirik ki, iki ölkə başçılarının iradəsi ilə iki xalqın daha da yaxınlaşması üçün zəmin yarada biləcəyik.

Əliəkbər Salehi ümid edib ki, bu iclasın keçirilməsi ilə iki ölkənin mövcud potensial və qabiliyyətlərindən düzgün formada istifadə istiqamətində təsirli addım atılacaq. Bu istiqamətdə İran İslam Respublikası prezidenti cənab Əhmədinejadın cari şəmsi ilində Azərbaycan Respublikasına səfərini iki ölkə münasibətlərində dönüş nöqtəsi hesab etmək olar.

"Texniki və mühəndislik xidmətlərinin verilməsi və yüklərin nəql olunmasının asanlaşdırılması məqsədilə iki ölkə arasındakı ticarət hakim qanun quruluşları diqqətlə hazırlanmalıdır. İqtisadi, regional və beynəlxalq quruluşlarda üzvlük iki qonşu ölkə İran İslam Respublikası və Azərbaycan Respublikasının əməkdaşlıqları ilə ziddiyyətdə olmamalıdır. Bu istiqamətdə iki ölkə arasında üstün ticarət razılaşmasının imzalanması İran və Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələrinin səviyyəsinin genişlənməsi sahəsində önəmli addım sayıla bilər" -deyə Salehi qeyd edib.

İranın XİN başçısının sözlərinə görə, İran və Azərbaycan Respublikasının iqtisadi münasibətləri zərərlərin müəyyənləşməsi barəsində enerji, sənaye, mədən və bütün sahələrdə ticarət işçi qrupları kimi mütəxəssislərin birgə qrupunun təşkil olunması ilə və onun daimi və birgə şəkildə fəaliyyəti ilə araşdırılmalıdır. Bu işçi qruplar praktiki təklifləri irəli sürməklə iki ölkənin siyasi və yüksək səviyyəli rəsmilərini bu məsələdə məlumatlandırmalıdırlar. Belə ki, iki ölkə arasındakı məsələlər və mövcud layihələr zamana tapşırılmasın.

Əliəkbər Salehi əlavə edib: Azərbaycan Respublikasından İrana qazın nəqli, elektrikin nəqli xətləri və Su Elektrik stansiyaları barəsində indiyə qədər göstərilən səylər yetərli deyil. Ümid edirəm ki, iki tərəfin icra müdirlərinin çoxlu səyləri ilə tez bir zamanda iki ölkə arasında enerji sektoru, o cümlədən elektrik ixracı və birgə neft, qaz və neft kimya layihələrində praktiki nəticələrin şahidi olacağıq.

Əliəkbər Salehi bildirib ki, Şimal-Cənub koridorunun genişlənməsi siyasətləri çərçivəsində iki ölkə Qəzvin-Rəşt-Astara dəmiryolunun çəkilməsi, habelə Astara-Astara dəmiryolunun çəkilməsi barəsində öz ciddi addımlarını atmalıdır. İran tərəfi bu sahədə lazımi hazırlığa malikdir. Şübhəsiz bu yolun birləşməsi ilə Azərbaycan Respublikası ərazisində dəmiryolundan yük tranzitinin artmasında çoxlu münasib imtiyazlar mövcuddur. Allahın köməyi ilə Rəşt-Ənzəli-Astara dəmiryolu hissəsinin inşası Rusiya, Azərbaycan Respublikası və İran İslam Respublikasının üçtərəfli konsorsiumunun iştirakı ilə reallaşacaq və şimal-cənub koridoru İran İslam Respublikası və Azərbaycan Respublikasının qüdrətli iştirakı ilə fəallaşacaq. İki ölkənin nəqliyyat gəmilərinin də müxtəlif sahələrdə fəaliyyəti genişlənmiş və iki ölkənin dəniz nəqliyyatı əlaqələrində bir çox mənfi təsir qoyan hissələr ciddi şəkildə düzəldilməlidir. Bu istiqamətdə İran İslam Respublikası və Azərbaycan Respublikası arasında Xəzər dənizində müştərək gəmiqayırma şirkətinin təşkil olunması iki ölkənin iqtisadi və nəqliyyat əlaqələrinin möhkəmlənməsi və genişlənməsinə səbəb ola bilər.

XİN başçısı deyib: Şose nəqliyyatı sahəsində də Azərbaycan Respublikası vətəndaşları üçün İran islam Respublikası tərəfindən vizanın birtərəfli qaydada ləğv olunması və sərhəd ticarəti, böyük yük maşınları, avtobuslar və şəxsi nəqliyyat vasitələrinin keçməsinə diqqət yetirsəniz, təsdiqləyərsiniz ki, tranzit yollarının təhlükəsizliyi yüksək zəruriliyə malikdir. Buna görə əminik ki, Azərbaycan Respublikasının məsul şəxsləri tərəfindən nəqliyyat vasitələrinin keçməsi qaydalarına riayətin olunması və bitişik xətlərin bərpası üçün lazımi addımlar atılacaq. Əminik ki, bu istiqamətdə İran tərəfi də məsələləri yaxından izləyəcək.

İranlı nazirin sözlərinə görə, iki ölkənin iqtisadi əməkdaşlıqlarının inkişafı və infrastruktur mexanizmlərindən biri bank əlaqələridir. Azərbaycan Respublikası və İran İslam Respublikasının potensiallarından yararlanmaqla iki ölkə arasında ticarət dövriyyəsinin artırılması üçün təsirli xidmətlər sahəsində çalışmalıyıq.

"İki ölkə arasında ticarət mübadilələrinin statistikalarını araşdırdıqda müəyyənləşir ki, ticarət münasibətləri sürətlə inkişafda olmuşdur və Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi ölkələri arasında İranın önəmli ticarət şəriklərindən biridir. İki ölkənin ticarət əlaqələrinin həcmi statistikasına əsasən 1389-cu (2010-2011) ildə təxminən 500 milyon dollar olmuşdur. İki ölkədəki mövcud iqtisadi potensialları nəzərə aldıqda bir-birini təkmilləşdirəcək iki iqtisadiyyat imkanı var. Bu rəqəmlər heç bir formada razı edici olmamışdır və çoxlu səylərə başlamalıyıq. Belə ki, lazımi infrastrukturları hazırlamaqla və birgə investisiyaları qətiyyətli şəkildə dəstəkləməklə iki ölkənin iqtisadi əlaqələrinin həcmini ciddi və diqqəti cəlb edəcək dərəcə artıraq" -deyə Salehi bildirib.

İranın xarici işlər naziri sonda ümid edib ki, səadətli Novruz bayramı ərəfəsində və bu səadətli bayramın çatması münasibəti ilə təbrik etməklə hazırkı iclasın məqsədlərinin reallaşması şüasında gələcək üçün yeni əməkdaşlıqların fəsilləri açılacaq. 

  • Yazılıb
  • da (də) 2011 Mar 09