Tarix : 2011 Mar 09
Kod 21804

Azərbaycan Respublikası Novruzda İrana qaz ixracına başlayacaq

Qədim Novruz bayramı ilə yanaşı Azərbaycan Respublikasının İran İslam Respublikasına qaz ixracına başlanacaq
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Respublikasının enerji məsələləri üzrə məlumatlı bir mənbəsi İrana qaz ixracı üçün lazımi infrastrukturların hazır olduğunu elan edib: Qədim Novruz bayramı ilə yanaşı Azərbaycan Respublikasının İran İslam Respublikasına qaz ixracına başlanacaq.

Fars İnformasiya Agentliyinin verdiyi məlumata əsasən, Azərbaycan Respublikasının enerji məsələləri üzrə məlumatlı bir rəsmisi deyib: Astara stansiyalarında quraşdırılmış kompressorlar tam istifadəyə hazırdır.

İran və Azərbaycan İranın neft naziri Kaziminin Bakıya səfəri zamanı yanvar ayının 12-də qazın ixracı barəsində uzunmüddətli müqavilə imzaladılar. 5 ildən sonra nəticə verən bu müqaviləyə əsasən 2011-ci ildə Azərbaycan İrana 1 milyard kubmetrdən çox qaz ixrac etməlidir və bu rəqəm gələn illərdə artırılma imkanına malikdir. 

  • Yazılıb
  • da (də) 2011 Mar 09