İran və Azərbaycan Respublikasının iki günlük dövlətlərarası müştərək iqtisadi komissiyasının 8-ci iclası ötən gün Tehranda sona çatdı
Azərbaycan servisi/Aran agentliyi
İran və Azərbaycan Respublikasının iki günlük dövlətlərarası müştərək iqtisadi komissiyasının 8-ci iclası ötən gün Tehranda sona çatdı.
Bu iclas enerji, ticarət, mədəniyyət və turizm məsələləri üzrə əməkdaşlıq komitələri çərçivəsində bazar ertəsi günü Tehranda işə başlamışdı. İran İslam Respublikası və Azərbaycan Respublikasının xarici işlər nazirləri Əliəkbər Salehi və Elmar Məmmədyarov dövlətlərarası müştərək komissiyanın 8-ci iclası kənarında komissiyanın anlaşmaları çərçivəsində ikitərəfli münasibət və əməkdaşlıqların genişləndirilməsi yolları barəsində fikir mübadiləsi aparıblar.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Baş İdarəsinin məlumatına əsasən, Əliəkbər Salehi və Elmar Məmmədyarov iki ölkənin müxtəlif sahələrdəki anlaşmalarının icrasının gedişini araşdırmaqla yanaşı öncəki razılaşmaların icrasının sürətləndirilməsi, gələn əməkdaşlıqlar istiqamətində proqramlaşdırma və ehtimal olunan maneələrin aradan qaldırılması məqsədilə lazımi infrastrukturların yaradılması barəsində danışıqlar aparıblar.
İki tərəf habelə dini, mədəni, coğrafi ortaqlıqlar və iki ölkə başçılarının iradəsini vurğulayaraq Tehran-Bakı münasibətlərinin möhkəmlənməsi istiqamətində iki ölkənin bütün mədəniyyət və media imkanlarından istifadənin zəruriliyini qeyd ediblər. İran və Azərbaycan Respublikasının ticarət dövriyyəsinin həcmi 2010-cu ildə 500 milyon dolları keçdi. Tehran və Bakı rəsmiləri mövcud imkanlar və iqtisadi və ticarət potensiallarını nəzərə alaraq bu həcmin artırılmasını vurğulayıblar.
İran və Azərbaycan Respublikası prezidentləri ötən il noyabr ayında Xəzəryanı ölkələrin dövlət başçıların Bakıda keçirilən sammiti kənarında keçirdikləri son görüşlərində fikir mübadiləsi apardılar. Bu görüşdə Tehran və Bakı rəsmiləri iki ölkənin ticarət dövriyyəsinin həcminin 3 milyard dollara artırılmasını qeyd etdilər.
İran və Azərbaycan Respublikasının dövlətlərarası müştərək iqtisadi əməkdaşlıqlar komissiyasının Tehranda keçirilən 8-ci iclasında Əliəkbər Salehi etdiyi çıxışında iki dost və qonşu ölkənin əməkdaşlıqlarını müsbət qiymətləndirərək deyib: Çox az iki ölkəni misal çəkmək olar ki, bu qədər bir-birlərinə yaxın olsunlar. Çünki İran və Azərbaycan Respublikası mədəniyyət, tarix və din baxımından çoxlu ortaqlıqlara malikdirlər və Azərbaycan Respublikası İran üçün etimadlı şərik sayılır.
İranın xarici işlər naziri habelə bildirib: İki ölkənin əməkdaşlıqlarının artırılması məqsədilə ikitərəfli ticarətə hakim qanun quruluşları tam diqqətlə gözdən keçirilməlidir.
Salehinin sözlərinə görə, regional və beynəlxalq iqtisadi quruluşlarında üzvlük iki ölkənin münasibətlərində problem yaratmamalıdır.
Siyasi müşahidəçilər İran və Azərbaycan Respublikasının dövlətlərarası müştərək iqtisadi komissiyasının 8-ci iclasını quru, dəniz və hava nəqliyyatı, sənaye, kənd təsərrüfatı, neft-kimya, ekologiya, elm və təhsil məsələləri, səhiyyə və şəhər salma sahələrində müsbət dəyərləndirirlər.
Üstün ticarət, qaz və elektrikin nəqli, şimal-cənub strateji koridorunun çəkilməsi və istifadə verilməsi, sərhəd keçidləri yaranması və gömrük məsələləri ilə əlaqədar sənədlərin imzalanması kimi Tehran və Bakının öncəki razılaşmalarına diqqət yetirdikdə cari ildə İran və Azərbaycan Respublikasının ticarət dövriyyəsinin həcminin münasib gedişi keçəcəyi gözlənilir.
Bu siyasi müşahidəçilərin qənaətinə görə, bütün sahələrdə daimi və müştərək işçi qruplarının təşkil olunması ilə Tehran və Bakı əməkdaşlıqlarındakı mövcud maneələri müəyyənləşdirmək olar və ikitərəfli əməkdaşlıqların məqsəd və anlaşmaların icrasını reallaşdırmaq üçün praktiki təkliflər irəli sürmək olar.