Tarix : 2011 Mar 09
Kod 21806

Neftçalada aksiya

Taksi sürücüləri ilə rayon DYP-nin əməkdaşları arasında qarşıdurma yaranıb
Azərbaycan servisi/Aran agentliyi

Taksi sürücüləri ilə rayon DYP-nin əməkdaşları arasında qarşıdurma yaranıb.

FaktXeber.com-un "Qaynar xətt"inə Azərbaycan Respublikasında Neftçala rayon sakinlərinin bildirdiyinə görə, bu gün səhər saatlarında Neftçala rayon mərkəzi küçəsində qalmaqal yaşanıb. Belə ki, rayon DYP-nin əməkdaşları ilə mərkəz-Bankə qəsəbəsi marşrutu üzrə işləyən taksi sürücüləri arasında ciddi problem yaşanıb. Sakinlər bildirir ki, DYP əməkdaşları uzun illərdi mərkəzi küçədə dayanan taski sürücülərinə "daha burada dayanmayın" göstərişi verərək avtomobilləri çərimə meydançasına aparmağa başlayıblar.
Sürücülər buna etiraz edərək mərkəzi küçəni bağlayıblar. Nəticədə rayonun mərkəzi küçəsində tıxac yaranıb. Sürücülər rayon icra başçısı Taleh Qaraşovla görüşmək istəsələr də, icra başçısı onları qəbul etməyib.
Bir neçə saatdan sonra polisin ciddi müdaxiləsindən sonra yollar açılıb, hərəkət bərpa olunub. Xəsarət alanların olduğu bildirilir. Vəziyyəti sakitləşdirmək üçün hadisə yerinə Nəqliyyat Departamentinin əməkdaşları gələrək problemi həll edəcəklərinə söz veriblər.
Keçən həftələrdə də Azərbaycan Respublikasında sosial tələblərlə bağlı Nardaran, Sabirabad və saatlıda aksiya keçirilmişdir.

  

  • Yazılıb
  • da (də) 2011 Mar 09