Tarix : 2011 Mar 09
Kod 21807

Nardaranda üçünçü aksiya

Bu gün Nardaranda sosial problemlərlə bağlı etiraz aksiyası keçiriləcək
Azərbaycan servisi/Aran agentliyi

Bu gün Nardaranda aksiya keçiriləcəkOnların əsas tələbi kəndə qaz və işığın verilməsidir
Bu gün Nardaranda sosial problemlərlə bağlı etiraz aksiyası keçiriləcək. Nardaran ağsaqqalı Məşhədi Natiq Kərimov "Deyerler.org" saytına şərhində bildirib ki, aksiyanı keçirməkdə əsas məqsəd rayonda olan sosial problemlərdir. "Bu artıq bir ay içində bizim üçünçü aksiyamızdır. Kənddə ciddi iqtisadi və sosial problemlər var. İşsizliyin həddi 90 faizi keçib. Səhər demək olar ki, 900 nəfərlik kənddən cəmi 100 nəfər işə gedir. Bir yandan da işıq və qazımızı kəsiblər. Səhər saat ondan axşama qədər Nardaranda işıq olmur. Demək olar ki, 80 faiz evlərə qaz verilmir. Bizim də əsas ticarətimiz istixanalardan çıxır. İşıq və qaz olmayan yerdə istixanaları necə işlətmək olar?".
Məşhədi Natiq onu da dedi ki, Nardaran qeydiyyatında olan insanlara iş verilmir, kredit ayrılmır. "Sanki, Nardarana qarşı xüsusi göstəriş var. Nardaran qeydiyyatında olan insanlar işə götürülmür".
O eyni zamanda günorta namazından sonraya planlaşdırılan aksiyada müraciətlərin də olacağını bildirdi: "Artıq bir neçə müddətdir ki, kənd ağır şəraitdədir. Aksiyada əlaqədar orqanlara müraciət edəcəyik. Xahiş edəcəyik ki, bizə də diqqət ayrılsın. Əgər bu aksiyadan da bir nəticə əldə edə bilməsək, daha aksiyanı kənd miqyasında keçirməyəcəyik".
O, aksiyada ölkədəki İslamla bağlı son hadisələrə də toxunulacağını istisna etmədi.

  

  • Yazılıb
  • da (də) 2011 Mar 09