Tarix : 2011 Mar 09
Kod 21809

“Müharibə başlansın!”

Qarabağ Azdlıq Təşkilatı Azərbaycan hakimiyyətini birtərəfli qaydada danışıqlardan çıxmağa və təcili olaraq işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamağa çağırıb
Azərbaycan servisi/Aran agentliyi

Qarabağ Azdlıq Təşkilatı Azərbaycan hakimiyyətini birtərəfli qaydada danışıqlardan çıxmağa və təcili olaraq işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamağa çağırıb.

Qarabağ Azadlıq Təşkilatı Soçi görüşü ilə bağlı də fikir bildirib: "Ermənistan hakimiyyəti görüşdən dərhal sonra cəbhə xəttində 8 yaşlı Fariz Bədəlovu qətlə yetirməklə bir daha öz niyyətlərindən geri çəkilmədiklərini, uşaq qatili olaraq qaldıqlarını təsdiq etmişdir. Bu, uşaq qatilləri ilə danışıqların heç bir mənası yoxdur".

Qarabağ Azadlıq Təşkilatı Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son Soçi görüşünü Azərbaycan diplomatiyasının uğursuzluğu və Rusiyanın Qarabağ münaqişəsini tam şəkildə öz nəzarətinə keçirmək cəhdi kimi qiymətləndirib.

Təşkilat daha sonra bildirir ki, baş verən hadisələr Qarabağ ətrafında status-kvonun saxlanılmasına, işğal olunmuş ərazilərin Ermənistanın nəzarətində qalması və Ermənistanın bu ərazilərdə möhkəmlənməsinə xidmət edir. Ona görə də Azərbaycan birtərəfli qaydada danışıqlardan çıxmalı və təcili olaraq işğalçı Ermənistana qarşı hərbi əməliyyatlara başlamalıdır. 

  • Yazılıb
  • da (də) 2011 Mar 09