Tarix : 2011 Mar 09
Kod 21810

Gəncə şəhərində dindarlara qarşı repressiya hərəkətləri pislənilib

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Gəncədə dini etiqad azadlığı sahəsundə vəziyyətin kəskin surətdə pisləşməsi ilə bağlı etiraz bəyanatı qəbul edib
Azərbaycan servisi/Aran agentliyi

Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzi Gəncədə dini etiqad azadlığı sahəsundə vəziyyətin kəskin surətdə pisləşməsi ilə bağlı etiraz bəyanatı qəbul edib.
DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun yaydığı bəyanatda bildirilib: "Gəncə şəhərində baş verən bəlli administrativ təyinatlardan sonra, buradan dini etiqad azadlığının kobud surətdə pozulması haqqında çoxsaylı siqnallar daxil olmaqdadır. Öncə də burada vicdan azadlığı baxımından xoşagəlməz halların baş verməsi barədə DEVAMM-a şikayətlər daxil olurdu, lakin son dövrlərdə bu şikayətlərin həm kəmiyyət, həm keyfiyyətcə şiddətlənməsi prosesi gedir.

Hacı İlqar İbrahimoğlu əlavə edib : Məlum olduğu kimi, ölkənin bir sıra yerlərində hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə əlaqədar insan haqlarının pozulması faktları qeydə alınmaqdadır. Lakin, Gəncədən daxil olan xəbərlərdə, bu qadağanın nəinki tək şagirdlərə, hətta hicablı müəllimələrə də şamil edilməsi bildirilir. Burada, ölkənin heç bir digər yerində bənzəri olmayan təzyiqlər edilir. Müəllimələrə baş örtüklərini açmaqla bağlı təzyiqlər edilir, əks təqdirdə isə məktəbə buraxılmayacaqları barədə hədələr səsləndirilir.

Bundan əlavə, son günlərdə Gəncədə insan haqlarının pozulması ilə əlaqədar yeni bir ağlasığmaz fenomen yaşanmışdır - məscidlərin qarşısında postlar qurularaq, yeniyetmələrin məscidlərə gəlişinin qarşısını almaq cəhdləri edilmişdir. Məscidlərdə ibadət etmək istəyən yeniyetmələrə maneçilik törətmək faktları mövcuddur. 

  • Yazılıb
  • da (də) 2011 Mar 09