Tarix : 2011 Mar 09
Kod 21811

Nardaranda 3-cü etiraz aksiyası keçirildi

Aksiyaçılar dünən günortadan sonra habelə hökumətdən istəyiblər ki, islamçı və hicab müdafiəçiləri olan məhbusları azad etməklə anti-islami qadağaları ləğv etsin
Azərbaycan servisi/Aran agentliyi

Azərbaycan Respublikasının yüzlərlə vətəndaşı son bir ayda 3-cü dəfə olaraq Nardaran qəsəbəsinin İmam Hüseyn (ə) meydanında aksiya keçirərək hökumətin xalqın sosial, mədəniyyət və dini istəklərinə diqqət yetirməsini tələb edib.

Aksiyaçılar dünən günortadan sonra habelə hökumətdən istəyiblər ki, islamçı və hicab müdafiəçiləri olan məhbusları azad etməklə anti-islami qadağaları ləğv etsin.

Bu aksiyada çıxış edənlər habelə bu qəsəbədəki müxtəlif problemlərə, o cümlədən qaz və elektrikin verilməsinin dayandırılması, işsizlik kimi problemlərə toxunaraq xəbərdarlıq ediblər ki, ictimai istəklərə diqqətsizlik davam etməsi narazılıqların genişlənməsinə səbəb ola bilər.

Aksiyanın keçirilməsini proqramlaşdıranlardan biri Azərbaycan Respublikası İslam partiyası da islama qarşı qadağaların ləğv olunması və bu partiyanın sədri və digər islam fəallarının azad olunması üçün istəyin verildiyini bildirib.

Bu elə bir haldadır ki, bir qrup müxalifət 11 mart gününü "Böyük Xalq Günü" adlandırıb və hökumətə qarşı bu gündə aksiyaların keçiriləcəyindən xəbər verib.

11 mart qrupu bəzi internet saytlarında, habelə şəhər səviyyəsində elanlar yaymaqla bu gün aksiyasında vətəndaşların iştirak etmələrini istəyib. Müsavat partiyası da bildirib ki, 12 martda aksiya keçirəcək.

Azərbaycan Respublikasına hakim partiyanın parlamentdəki deputatlarından Mübariz Qurbanlı da APA İnformasiya Agentliyi ilə müsahibədə ABŞ səfirinin qərbpərəst müxaliflərlə son görüşlərinə toxunmadan deyib: AXCP və AMP sədrləri Əli Kərimli və İsa Qənbərin ardıcılı kimi hay-küy salan 11 mart qrupu nəhs məqsədlər üçündür. Lakin 500 min gənc Azərbaycan Respublikasına hakim partiyanı dəstəkləyir.

Qurbanlı eyni zamanda etiraz aksiyaların yatırılması üçün ordu qüvvələrin paytaxta toplanması ilə əlaqədar bəzi saytlarda yayımlanan xəbərləri təkzib edib və deyib: Etirazçıların sayı o qədər azdır ki, polis etirazları dağıda bilər.

Parlament deputatı öz açıqlamalarında müxaliflərin geniş şəkildə həbs olunması və yaxud onların polis şöbələrinə çağırılmasına işarə etməyib.

  

  • Yazılıb
  • da (də) 2011 Mar 09