Azerbaijan servsi/Aran agentliyi
FaktXeber.com-un "Velfecr"saytına istinadən verdiyi məlumata görə, Türkiyədə Azərbaycan vətəndaşlarına dəstək olaraq yeni kampaniya start verilib. Yeni kampaniya, şərlənərək həbs olunan dindarlara dəstək vermək və son aylarda İslama qarşı baş qaldırmış təzyiqlərlə mübarizə aparmaq xarakteri daşıyacaq.
Qeyd edək ki, kampaniyanın adı, Aras Birlik və Həmrəylik Mərkəzi olaraq təsis olunub. Azərbaycanda son zamanlarda İslami dəyərlərə və şəxsiyyətlərə qarşı baş qaldırmış təzyiqlərlə mübarizə aparmaq üçün, ABHM öz kampaniyasını Türkiyə və dünya ölkələrində davam etdircək.
Xatırladaq ki, ABHM tərəfindən verilən məlumatda, kampaniyanın həmçinin ərəbcə, ingiliscə, türkcə və azərbaycanca aparılacağı da öz əksini tapıb. Aras Birlik və Həmrəylik Mərkəzi hazırlanmış proqramlarımını bu yaxınlarda geniş formatda ictimaiyyətə təqdim edəcək.