Tarix : 2011 Mar 10
Kod 21833

Türkiyədə hicaba qarşı yerdə qalan maneələr ləğv olunur?

Türkiyə KİV-I xəbər verib ki, İlğım Yazıçı partiyalardan hicablı vəkil namizədlərə yer vermələrini xahiş edib
Türkiyə servsi/Aran agentliyi

Türkiyədə partiyalar 12 iyun seçkilərində irəli sürəcəkləri namizədləri müəyyənləşdirməyə yaxınlaşarkən, Bilgi Universitetinin müəllimi Prof. Dr. İlğım Yazıçı hicaba qarşı yerdə qalan maneələri də ləğv etməyə çağırıb.
Türkiyə KİV-I xəbər verib ki, İlğım Yazıçı partiyalardan hicablı vəkil namizədlərə yer vermələrini xahiş edib.
O əlavə edib: "Artıq parlamentdə yeni bir Mərvə Qavaqçı hadisəsi yaşanmaz".

Türkiyənin yeni konstitusiyanı müəyyən edəcək parlamenti seçmək üçün seçicilərin seçkilərə gedəcəyini xatırladan Prof. Dr. Yazıçı belə davam edib: "Yeni konstitusiyanın müəyyənləşəcəyi müddətdə Türkiyənin demokratiya önündəki maneələri aşa bilməsi üçün müəyyən mövzulara fokuslanması lazımdır. Bunlardan biri də din azadlığı məsələsidir.

  • Yazılıb
  • da (də) 2011 Mar 10